Podaqra - KRALLAR xəstəliyi

Əvvəllər bu xəstəlik yalnız yüksək təbəqəli insanlarda təsadüf edilirdi.

Bunun səbəbi həddən artıq qida və spirtli içkilərin qəbulu idi. Sadə insanlarda bu xəstəliyə rast gəlinmirdi. Məhz bu səbəbdən podaqranı "krallar xəstəliyi" adlandırırdılar.

Podaqra oynaqların xroniki iltihabi xəstəliyidir. Podaqra zamanı oynaqlarda urat duzları yığılır. Adi insanlar adətən bu xəstəliyi məhz "duzlar" adlandırırlar. Bu kifayət qədər yayılmış xəstəlikdir. Kişilərdə qadınlarla müqayisədə bu xəstəliyə daha tez-tez rast gəlinir. Daha tez-tez hallarda bu xəstəlik artıq çəkisi və mübadilə proseslərin pozulmaları olan kişilərdə 40 yaşından sonra inkişaf edir. Qadınlarda isə podaqra menopauzadan sonra (50-55 yaşlarında) inkişaf edə bilər.

Podaqra istənilən oynaqları zədələyə bilər - barmaqların, əllərin, dirsəklərin, dizlərin, pəncələrin. Əksər hallarda podaqra ayaq barmaqlarında (xüsusilə baş barmaqlarda)  inkişaf edir. Hipertoniya, şəkərli diabet kimi xəstəliklər, düzgün olmayan qidalanma, spirtli içkilərin qəbulu, irsiyyət bu xəstəliyin risk faktorları sayılır.

Xəstəlik oynaqda olan qəfil güclü ağrı ilə özünü büruzə verir, zədələnmiş oynaq qızarır, insan bu yerdə istilik hiss edir, bədən hərarəti də arta bilər. Adətən podaqra tutması gecə saatlarında inkişaf edir, günorta azalır, gecə isə yenə təkrarlanır. Belə tutmalar hətta 1 həftə və bundan artıq çəkə bilər.

Spirtli içkilərin qəbulu, travma, uzun müddət ərzində ayaq üstə qalmaq və ya gəzmək, bəzi dərman preparatların qəbulu (xüsusilə sidikqovucu preparatların) podaqranın tutmasına təkan verə bilər.

Podaqra müalicə olunmazsa, tutmalar daha tez-tez təkrarlanmağa başlayır, oynaq öz normal formasını dəyişir, vaxt keçdikcə oynaq və sümük qismən dağılır.

Podaqra zamanı zədələnmiş oynaqların yanında şişlər (onları "tofus" adlandırırlar) əmələ gəlir. Bu şişlər adətən ağrısız olur, lakin bəzən onlar iltihablaşır və bu da ağrılara səbəb olur.

Podaqra xəstəliyi zamanı xüsusi müalicə təyin olunur. Bu müalicənin əsas məqsədi orqanizmdə urat duzların azaldılmasıdır. Həmçinin xəstəyə ağrısızlaşdıran və iltihabəleyhinə preparatlar təyin olunur. Dərmanlardan əlavə müalicə zamanı fizoterapiya metodlarından da istifadə olunur (elektroforez, maqnit). Çox ağır hallarda cərrahi müalicə tətbiq oluna bilər.

Dərmanlardan əlavə müəyyən qidalanma rejimi da bu xəstəlik zamanı böyük rol oynayır. Belə ki, podaqradan əziyyət çəkən insanlar qara ciyər, böyrək, dil kimi məhsulları, yağlı ət, balıq növləri, konservlər, turşular, ət və balıq bulyonları, qoyun piyi yeməməlidir. Qidaları bişirdikdə az miqdarda duz əlavə etmək lazımdır.

Paxlalılar (noxud, lobya, mərci), göbələk, gül kələmi, çay, qəhvə, kakao, şokolad kimi məhsulları məhdudlaşdırmaq lazımdır. Əksinə isə süd məhsulları, yarmalar, yumurta, meyvə (xüsusilə sitrus meyvələri) və giləmeyvələr podaqra xəstəliyi olan insanlar üçün xeyirlidir.

Podaqra xəstəliyi olan insanlar gün ərzində 1,5-2 l maye qəbul etməlidir. Bu orqanizmdən duzların çıxmasına kömək edir.


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Cəmil İskəndərov

Cəmil İskəndərov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 13 il

Ətraflı...
Günay Əsədova

Günay Əsədova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 14 il

Ətraflı...
Əminə Allahverdiyeva

Əminə Allahverdiyeva

Ginekologiya

Cərrah-ginekoloq-seksopatoloq İş stajı - 13 il

Ətraflı...

 


Яндекс.Метрика