Son iki həftədə Kamerunda təxminən 512 vəbaya yoluxma hadisəsi qeydə alınıb.
Kamerun Səhiyyə Nazirliyindən verilən açıqlamada son iki həftədə 17 nəfərin vəba səbəbindən öldüyü, 512 vəbaya yoluxma hadisəsinin qeydə alındığı bildirilib.
Açıqlamada mərkəzi bölgədə 501 vəbaya yoluxma hadisəsinin qeydə alındığı vurğulanıb.
Kamerunun Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə indiyədək 17 081 vəbaya yoluxma hadisəsi qeydə alınıb, 384 nəfər ölüb.
Qeyd edək ki, Vəba vibro kolera adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeksion xəstəliyidir. Bağırsaq infeskiyası, sərt və şiddətli ishal ilə müşahidə edilir.
Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibron (vəba törədicisi) qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulunun təsirindən tez məhv olur.
Xəstəlik, ümumiyyətlə, nəcis bulaşmış çirkli su ya da bu suyla yuyulmuş qidalar vasitəsi ilə yayılır. Buna görə kanalizasiya və ya su təmizləmə sistemlərindəki hər hansı bir səhv vəbanın qısa müddətdə geniş əraziyə yayılmasına yol aça bilər. Vəbanı asanlıqla müalicə etmək mümkündür, lakin müalicə edilməzsə, %50 nisbətində ölümlə nəticələnə bilər.
Saglamolun.Az