B 12 vitamini əskikliyinin əlamətləri – Yorğunluq, baş ağrıları...

Orqanizmdə B 12 vitamini əskikliyi çox ciddi haldır, daha çox qanazlığı, anemiya ilə bərabər gedir və hətta qan yaranmasına mənfi təsir edir.

B 12 vitamini mütləq hər xəstədə yoxlanmalıdır, çünki onu diqqətdən qoymaq geridönməz nevroloji problemlərə səbəb ola bilər.

B12 vitamininin defisitin bəzi simptomlarını təqdim edir.

Əgər ayaqlarınızın altında, dabanda yanma hissi varsa, bu B 12 çatışmazlığının birinci əsas əlamətidir. Bu o deməkdir ki, aşağı ətraflarda sinirlər qidalanmır və zədələnib.

Bundan əlavə:

- Güclü yorğunluq, halsızlıq

- Enerji çatışmazlığı

- Təngnəfəslik

- Baş ağrıları, baş gicəllənmə

- Dərinin bozarması, ağarması

- Qulağa daxildən küy, səslər gəlməsi, cingilti və s.

- İştahın olmaması

Əgər bu əlamətlər varsa, həkimə müraciət edib analizlər verin və B12 vitamini qəbul edin.

B 12 əskikliyi olanlar anemiya, dəmir defisiti, qanazlığı mütləq yoxlanmalıdır. /medicina.az

Saglamolun.Az