Öd daşı xəstəliyinin cərrahi üsulla müalicəsi

Öd daşı xəstəliyi konservativ (dərmanların köməyilə) və cərrahi üsullarla müalicə olunur.

Hər bir halda müalicə taktikası xəstənin vəziyyindən, yaşından, xəstədə digər xəstəliklərin olub-olmadığından, ağırlaşmaların olub-olmadığından və s. səbəblərdən asılı olaraq müalicə həkimi tərəfindən seçilir.

Öd daşı xəstəliyinin cərrahi müalicəsi hal hazırda daha tez-tez laparoskopik üsulla həyata keçirilir. Öd kisəsinin xaric edilməsi əməliyyatı "xolisistektomiya" adlandırılır.

Ümumi narkozun altında qarın boşluğunun divarında uzunluğu 0,5-2 sm olan 3-4 kəsik aparılır. Qarın boşluğu xüsusi qaz qarışığı ilə doldurulur ki, əməliyyat sahəsi daha aydın görünsün.

Daha sonra qarın boşluğuna kiçik videokamerası və işıq mənbəyi olan laparoskop cihazı yeridilir. Bu videokamera qarın boşluğunda olan görünüşü monitoruna göndərir. Cərrahlar əməliyyatı monitora baxaraq aparırlar.

Digər kəsiklərdən qarın boşluğuna mikrocərrahiyə alətlər-manipulyatorlar (qayçı, elektrokoaqulyatorlar və s.) yeridilir ki, bu alətlərin vasitəsilə cərrahi əməliyyat həyata keçirilir.

Əməliyyat zamanı öd kisəsi qaraciyər və ümumi qaraciyər axarından ayrılır, öd kisəsini qanla təchiz edən damarlar bağlanır. Öd kisəsi daşlarla birlikdə qarın boşluğundan çıxarılır, kəsiklərə tikişlər qoyulur. Cərrahi əməliyyat orta hesabla 40-60 dəqiqə davam edir. Laparoskopik əməliyyatından sonra xəstə təxminən 2-3 gün ərzində xəstəxanada qalmalıdır.

Laparoskopik əməliyytlar qoruyucu sayılır. Bu səbəbdən mümkün olduqda cərrahlar məhz bu üsuldan istifadə edirlər. Məsələ burasındadır ki, kiçik kəsiklər əməliyyatdan sonra mümkün olan ağırlaşmaların (infeksiyalaşma, qanaxma, bitişmələrin, yırtıqların əmələ gəlməsi və s.) riskini və əməliyyatdan sonra xəstədə olan ağrıları minimuma azaldır, bağırsaqların funksiyası daha tez bərpa olunur, xəstə daha qısa müddət ərzində adi həyata qayıdır. Lakin bəzən öd daşı xəstəliyi zamanı laparoskopik əməliyyatın tətbiq edilməsi müxtəlif səbəblərə görə (ağır ürək və ağ ciyər xəstəlikləri, hamiləliyin axırıncı 3 ayı və s.) mümkünsüz olur.

Bəzən xəstələr cərrahlara belə sual verirlər: daşları çıxarıb öd kisəsini saxlamaq mümkündürmü? Cərrahlar cavab verir: mümkündür, lakin düzgün deyil. Niyə? Əməliyyatdan bir müddətdən sonra daşlar yenidən əmələ gələcək. Məsələ burasındadır ki, daşları əmələ gətirən faktorlar dəyişilmədən qalır, öd kisəsi infeksiya mənbəyi kimi orqanizmdə qalır, bundan əlavə əməliyyatdan sonra öd kisəsində bitişmələr əmələ gəlir ki, nəticədə onun fəaliyyəti daha da pozulur.


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#1 Adalat Rustam 10.12.2012 19:22
Öddaşı xəstəliyinin və xolesistitlərin müalicəsində laparoskopik xolesistektomiy a əməliyyatının "qızıl standart" olması qeyd edilməmişdir. Öd kisəsi və öd yollarında bütün əməliyyatlar laparoskopik başlanılmalı və tamamlanmalıdır . Yalnız əməliyyatın laparoskopik davam etdirilməsi mümkün olmadıqda və ya əməliyyatdaxili bir sıra ağırlaşmalar zamanı açıq cərrahi əməliyyata keçid edilməlidir.ı
Əksər xəstələrdə xolesistektomiy a əməliyyatı daşa görə yox, öd kisəsinin xəstəliyinə görə aparılır. Kisənin saxlanılması və daşların çıxarılması əməliyyatı mövcud deyil.
#2 Xatira Qasimova 29.11.2013 12:11
mende laparoskopik Öd kisəsinin xaric edilməsi əməliyyatı "xolisistektomi ya" oldum 1 ay olacaq taner evcimik apardi bu emeliyyati. mene pehriz mesleheti lazimdir mumkunse evvelceden minnetdarliq bildirirem
#3 Administrator 29.11.2013 16:43
Hörmətli Xatirə xanım!
Bu haqda saytımızın "Həzm orqanları" bölməsində olan "Öd kisəsi xaric olunduqdan sonra..." məqaləsində məlumat tapa bilərsiniz.
Allah şəfa versin!
#4 Nona 27.08.2014 07:27
Salam suallim od dashiyla baglidir,menim od kisemde 23mm dash var 3 il once uzide hamileliyimi yoxlayanda hekim ashkar etmishdi amma hamile olanadek hec bir narahatciligim yox idi hec varliginan xeberim yox idi.menim sualim beledir eyer od dashin agrisina dozmey olursa onu emelliyat etmesem gelecekde her hansi bir ziyani ola bilermi?emeliya t olunmasa bu qara ciyere ziyan olarmi?xahish edirem suallimi cavablandirasin iz
#5 Administrator 28.08.2014 12:38
Adətən əgər kiçik ölçüdə olan daş ağrılara v s. pozulmalara səbəb olmursa, əməliyyat təyin olunmur. Belə daşlara "lal daşlar" deyilir.
Xəstə sadəcə ildə1-2 dəfə USM-dən və lazım olduqda qastroenteroloq un müayinəsindən keçməlidir.

Загрузка...
.

HƏKİMLƏR

Sevinc Musayeva

Sevinc Musayeva

USM

Həkim-radioloq (USM) İş stajı - 7 il

Ətraflı...
Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...
Aytəkin Quliyeva

Aytəkin Quliyeva

Trixologiya

Trixoloq (saç üzrə mütəxəssis) İş stajı - 9 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика