Nyu-York şəhərində bədən çəkisinə görə ayrıseçkiliyi qadağan edən qanun layihəsi qəbul edilib. Qanun ABŞ-da irq və gender mübarizəsi kimi gündən-günə böyüyən bərabərlik hərəkatına güc verib.
Amerikalı yetkin insanların 40 faizdən çoxu obez hesab olunur və araşdırmalar göstərir ki, artıq çəki bir qüsur kimi qəbul edilir.
Xüsusilə artıq çəkili qadınlar üçün bu fərq daha çox hiss olunur.
Qanun layihəsini dəstəkləyən Nyu York Şəhər Şurasının üzvü Shaun Abreu çəki ayrıseçkiliyini "insanların daşımalı olduğu səssiz bir yük" adlandırıb.
İctimai dinləmələr zamanı artıq çəkili insanların restoranlarda və kinoteatrlarda oturmaqda çətinlik çəkdiklərini, ev kirayələrdən ev sahibləri tərəfindən ayrıseçkiliyə məruz qaldıqlarını, bələdiyyə velosipedlərində çəki həddini aşdıqları üçün əlavə ödəniş ödədiklərini bildirilib.
Qətnamənin bu ayın sonunda Nyu-York meri tərəfindən imzalanacağı gözlənilir.
Nyu York şəhər şurasının azlıq lideri, respublikaçı Cozef Borelli New York Times qəzetinə açıqlamasında qeyd edib ki, qanun Nyu Yorklulara “hər kəsi və hər şeyi məhkəməyə vermək” səlahiyyəti verəcək, bu da bir az narahatedici məqamdır.
Qeyd edək ki, Miçiqanda iş yerində çəki ayrı-seçkiliyi 1976-cı ildə qadağan edilib. San Fransisko və Vaşinqton kimi bəzi şəhərlərdə də bununla bağlı qaydalar var.
Son 20 ildə piylənmə nisbətlərinin kəskin artması bu cür qaydaların tətbiqini zəruri edib. Mütəxəssislər bunu sağlamlıq problemi deyil, vətəndaş hüquqları məsələsi adlandırıblar.
Nyu-Yorkun insan hüquqları qanunu artıq mənzildə, iş yerində və ictimai mənzillərdə yaş, ailə vəziyyəti, əlillik və mənşəyinə görə 27 xüsusiyyətə görə ayrıseçkiliyi qadağan edir. Yeni qanun layihəsi bu siyahıya çəki və boy məsələsini də əlavə edəcək.
Sevinc Hüseynova
Saglamolun.Az