Boğaz ağrısı, diş sağlamlığı üçün unikal üsullar - XALQ TƏBABƏTİ

BOĞAZ, AĞIZ VƏ DİŞ XƏSTƏLİKLƏRİNƏ QARŞI İŞLƏDİLƏN XALQ TƏBABƏTİ DƏRMAN MADDƏLƏRİ

  •  Angina zamanı təzə soyulmuş soğan iyləmək lazımdır.
  • Dezinfeksiyaedici, iltihabı aradan qaldırıcı dərman kimi angina və boğaz ağrısı zamanı çobanyastığı dəmləməsi ilə boğazı qarqara etmək yaxşı təsir edir.
  • Boğaz və diş ağrıları zamanı qurudulmuş qaraqınıq otunun dəmləməsi yaxşı təsir göstərən dərman vasitələrindəndir. Hazırlanma qaydası:
  • Bitki çiçək açan dövrdə onun yerüstü hissəsini toplayıb qurudur, toz halına salırlar. Bu tozdan 2 çay qaşığı götürüb yarım litr suda 30 daqiqa müddətində dəmləyib süzməli. Dozası: Gündə 3 dəfə yeməkdən yarım saat əvvəl qəbul etməli.
  • Boğaz ağrılarında, anginada, diş dibinin iltihabında büzüşdürücü və dezinfeksiyaedici dərman kimi adaçayı bitkisinin yarpaqlarından dəmləmə şəklində qarqara etmək üçün istifadə oluna bilər.
  • Angina zamanı limon işlətmək faydalıdır.
  • Angina zamanı qarqara etmək məqsədilə palıd qabığı bişirməsi (1:10 nisbətində) əlverişlidir. Bu baxımdan dazıotu dəmləməsi da faydalıdır.
  • Palıd qabığının dəmləməsini zəylə birlikdə büzüşdürücü qarqara dermanı kimi ağız boşluğu xəstəliklərində və boğaz ağrılarında işlətmək olar.
  • Xərçəngboynu otunun kökümsov gövdəsindən bişirmə və tinktura həmçinin duru spirtli ekstrat şəklində ağız nahiyəsi, boğaz və diş xəstəliklərində iltihaba qarşı bakterisid dərman kimi qarqara şəklində istifadə etmək olar.
  • Boğaz ağrılarında və stomatitlərdə gülümbahar çiçəklərini çay kimi dəmləyib qarqara etmək faydalıdır.
  • Ağız boşluğunun zədələnməsi zamanı çaytikanı yağı yaxşı təsir edir.
  • Boğaz və diş ağrıları zamanı kəklikotundan alınmış zəif konsentrasiyalı spirtli məhlulla qarqara etmek olar.
  • Tərxun boğaz ağrısını kəsir.
  • Bal şərbəti ilə qarqara etdikdə boğaz ağrısı sakitləşir, badamcıqların irini təmizlənir. Bal yedikdə isə ağız və damaq yarası sağalır.
  • Sirkə ilə qarqara etmək boğaz, qırtlaq və diş ağrısı üçün xeyirlidir.
  • Qırtlağın iltihabı zamanı balın süd və ya razyana ilə qatışığı təsirli vasitə hesab edilir.
  • Təzə göy noxudun suyu ilə ağızı qarqara edəndə damaq şişi və diş ağrısını aradan qaldırır.
  • Boğaz ağrısı zamanı qoz şirəsi ilə qarqara etmək faydalı təsir edir. Qaydası: Taza qozun qabığını suyun üçdə biri qalanadək qaynadır və həmin miqdarda bal qanıb yenə üçdə biri qalanadək odda qatılaşdırırlar.
  • Arpa ununun keşniş suyu ilə təpitməsi boğaz şişi üçün münasib hesab edilən dərmanlardandır.
  • Tut şirəsi boğaz ağrısı üçün faydalıdır.
  • Darçın, səsi bəlğəmlərdən təmizləyir, nəfəs borusunda olan yapışqanlı rütubəti aparır, ağızdan gələn pis qoxunu ləğv edir.

Sevinc Hüseynova 

 

Saglamolun.Az