Yaxın zamanda 3 yüz min insan öləcək - Səbəb isə...

Havanın çirklənməsi hər il Avropada 18 yaşdan kiçik 1200-dən çox uşaq və gəncin ölümünə səbəb olur. Bununla bağlı Avropa Ətraf Mühit Agentliyi məlumat yayıb.

Qurumun dərc etdiyi hesabatda çirklənmənin sonrakı həyatda da xəstəlik riskini əhəmiyyətli dərəcədə artırdığı qeyd edilib. Hesabatda bir çox Avropa ölkələrində əsas hava çirkləndiricilərinin səviyyəsinin Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi hədlərin üzərində qaldığı barədə xəbərdarlıq edilib. Yaxın Şərq Avropası və İtaliya bu vəziyyətdən xüsusilə ciddi şəkildə təsirlənən yerlər sırasındadır.Uşaq və yeniyetmələrin bədənləri və immun sistemləri inkişafda olduğu üçün havanın çirklənməsinə qarşı daha həssas olur. Qısa müddətdə azot dioksid və ozona uzun müddət ərzində məruz qalma uşaqların ağciyər funksiyasına və inkişafına təsir edir. Bu, tənəffüs və ürək-damar xəstəliklərinə, o cümlədən Avropada gənclərin 9 faizinə təsir edən astma xəstəliyinə gətirib çıxarır. Hamiləlik dövründə havanın çirkliliyinə məruz qalma, az çəki və vaxtından əvvəl doğuş kimi vəziyyətlərə səbəb olur. Havanın çirklənməsinin növbəti ildə 311.000 nəfərin ölümünə səbəb olacağı təxmin edilir. Havanın çirklənməsindən vaxtından əvvəl ölümün ən çox yayılmış səbəbləri ürək xəstəlikləri və insult, sonra ağciyər xəstəlikləri və ağciyər xərçəngidir.

Məlumata əsasən, Avropada xərçəngə yoluxma hallarının 10 faizi çirklənmədən qaynaqlanır Hesabata görə, 2021-ci ildə Aİ-nin şəhər əhalisinin 90 faizindən çoxu zərərli hava çirkliliyinə məruz qalıb. Məlumatlar göstərir ki, çirklilik səviyyəsinin ən pis olduğu bölgələr Mərkəzi Şərqi Avropa və İtaliyadır. Bunun əsas səbəbi evlərdə və sənayedə kömür kimi bərk yanacağın yandırılmasıdır. Ozon və azot dioksidin səviyyələri bütün ölkələrdə ÜST-nin göstərişlərini üstələyir. Ən yüksək ozonun səviyyəsi Aralıq dənizi regionunda və Mərkəzi Avropada müşahidə olunub.

Sevinc Hüseynova 

Saglamolun.Az