Hindistanın Assam əyalətində yerləşən Quvahati şəhərində maraqlı rekorda imza atılıb.
Hindistanda 11 000-dən çox rəqqas Sarusajai Stadionunda ənənəvi “Bihu” rəqsini ifa edib. Bu şou Ginnesin Rekordlar Kitabına düşmək hüququ qazanıb.
Hindistanın məşhur rəqslərindən biri olan Bihu rəqsi yeni ili və baharı qarşılamaq üçün ifa olunur. Bihu festivallarında nümayiş olunan rəqs Assam əyalətinin ən mühüm mədəni irslərindən biridir.
Bambuk papaqlı, rəngarəng geyimli rəqqasların çıxışları çevik addımlar və sürətli əl hərəkətləri ilə həyata keçirilir. Qadınların saçındakı çiçəklər və geyindikləri ənənəvi sarilər diqqəti cəlb edib.
Sevinc Hüseynova
Saglamolun.Az