Загрузка...

Sən demə, çayı qənd, bal və limonla içmək olmaz - SƏBƏBLƏR

Publika.Az xəbər verir ki, qaynar çay balın və limonun faydalı xassələrini öldürür.

Qənd

Çayı qəndlə içmək klassik üsuldur. Lakin araşdırmalar nəticəsində məlum olub ki, çayı şəkərsiz içən xalqlar onkoloji xəstəliklərdən daha az əziyyət çəkir. Bəzi mütəxəssislər əlavə edirlər ki, bu fakt yalnız qara çaya aiddir. Şəkər yaşıl çayın müsbət xüsusiyyətlərinə heç bir təsir göstərmir.

Süd

Çayda olan kaxetin sərbəst radikalları neytrallaşdıran təbii antioksidant sayılır. Bu komponent tərəvəz və meyvələrə nisbətən yaşıl çayda qat-qat daha yüksək miqdardadır. O, şəkərli diabet və ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara faydalıdır.

Amma eksperimentlərdə sübut olunub ki, çaya süd əlavə etdikdə kaxetinin sehrli xüsusiyyətləri yox olur. Hərçənd, bəzi həkimlər güman edirlər ki, bu məsələ haqqında dəqiq fikir irəli sürmək hələ tezdir.

Təmiz bal

Təmiz bal şəkərdən xeyli faydalıdır. Amma çayını balla qarışdıranlar böyük risk edir. Çünki bal faydalı xassələrini 40 ° C temperaturda itirir, 60 ° C-də isə  kanserogen xüsusiyyətləri əldə edir.

Limon

Limon əsl vitamin anbarıdır. Limonun əsas faydası C vitamini ilə zəngin olmasıdır. Lakin yüksək temperaturun təsiri altında C vitamini pərçalanır. Bu səbəbdən də yaxşı olardı ki, limon dilimini çay soyuyanda əlavə edəsiniz.


Saglamolun.Az

.
Загрузка...
. .

.

HƏKİMLƏR

Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 5 il

Ətraflı...
Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...
Naibə Həsənova

Naibə Həsənova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 13 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика