Загрузка...

Yuxusuzluq beyini dağıdır

Sağlam yuxu insanın ümumi sağlamlığında ən böyük rol oynayan amillərdən biridir.

Mütəxəssislər xüsusilə vurğulayır ki, insanın gecə yuxusu 6 saatdan az olmamalıdır.

Dünyada müxtəlif illərdə aparılmış elmi araşdırmalar sübut edib ki, uzunsürən yuxusuzluq beyinin sağlamlığına çox ciddi ziyan vurur, hətta beyinin dağılmasına gətirib çıxardır.

Araşdırmalar zamanı alimlər normal yuxusu olan və yuxusuzluqdan əziyyət çəkən insanların beynini analiz ediblər. Yuxusuzluqdan əziyyət çəkən insanların beynində hüceyrə səviyyəsində ciddi pozulmalar aşkar olunub. Beynin emosiyaları, diqqəti, yaddaşı kontrol edən hissələrində pozulmalar daha ağır olub.

Alimlərin fikirinə görə, məhz bu səbəbdən yuxusuzluqdan əziyyət çəkən insanların əhval-ruhiyyəsi sabit olmur, onlar daha tez-tez stresə və depressiyalar düşür, onlarda diqqət və yaddaş zəifləyir və s.

Alimlər yuxunun pozulmasına ciddi fikir verməyi və belə pozulma inkişaf etdikdə vaxt itirmədən həkimə müraciət etməyi tövsiyə edirlər.


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Naibə Həsənova

Naibə Həsənova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 13 il

Ətraflı...
Əli Əlizadə

Əli Əlizadə

Osteopatiya

Osteopat, revmatoloq İş stajı - 26 il

Ətraflı...
Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика