Amerikalı molekulyar bioloqlar Nyu-Yorkda boz siçovulların 16,5 faizdən çoxunun koronavirusa yoluxduğunu aşkar ediblər.
Bu barədə Amerika Mikrobiologiya Cəmiyyətinin mətbuat xidməti məlumat yayıb.
"Müşahidələrimizin nəticələri virusun heyvanlardan insanlara ötürülməsi riskini azaltmaq üçün siçovulların populyasiyalarına nəzarətin artırılmasının zəruriliyini göstərir. SARS-CoV-2-yə yoluxmuş gəmiricilərdə insanlar üçün əlavə təhlükə daşıyan yeni ştamlar yarana bilər”, - deyə Kolumbiyadakı Missuri Universitetinin professoru Wan Xiufeng bildirib.
COVID-19 xəstəliyinin törədicisi olan SARS-CoV-2 təkcə insanların deyil, bir çox digər məməlilərin də orqanizminə daxil ola bilər. Bioloqların son təcrübələri və baytarların müşahidələri göstərir ki, bu məməlilər əsasən meymunlar və pişiklərdir. Xüsusilə, Fransada bu yaxınlarda aparılan bir araşdırmanın nəticəsi ev pişiklərinin təxminən 10 faizinin koronavirusa yoluxduğunu ortaya qoymuşdu.
Professor Wan Xiufeng və onun həmkarları koronavirusun şəhərlərdə yaşayan başqa bir heyvan - adi boz siçovullarda da aktiv şəkildə yayıldığına dair ilk sübut əldə ediblər.
Saglamolun.Az