Bakıda güclü zəlzələ olsa, yeni tikili binalar çökə bilər? - Ekspert AÇIQLADI

"Türkiyədə baş verən zəlzələdən sonra onu əminliklə deyə bilərəm ki, Azərbaycanda inşa olunan yeni çoxmənzilli yaşayış binalarının keyfiyyəti Türkiyədəki binalardan qat-qat üstündür".

Metbuat.az xəbər verir ki, bunu əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. Onun sözlərinə görə, uçub dağılan binaları izlədikcə həmin binalarda beton və armaturlardan çox az, bəzən isə demək olarki heç istifadə olunmadığı açıq- aşkar görünür:

"Zəlzələdir, gücü çoxdur, lakin orada, zəlzələ baş verdiyi ərazilərdə keyfiyyətlə tikilən binaların heç bir zərər görmədiyi açıq-aşkar görünür. Bizim yeni tikili binalarda isə başdan ayağa beton kalonlar, beton pərdələr, armaturdan hörülmüş setkalar, yerin 10 metr dərinliyinə qədər işlənilmiş beton divarlar var. Bakıda nə vaxtsa çox güclü 8-9 ballıq zəlzələ olsa belə, o yeni tikili binalardan bəlkədə bəziləri bütöv şəkildə azda olsa, sağa və yaxud sola əyilə bilər, amma heç vaxt yerin altına çökməz. Bunu bu sahənin bir mütəxəssisi olaraq tam əminliklə deyə bilərəm", - deyə o qeyd edib.

Saglamolun.Az