Загрузка...

Dərinizi cavan saxlamaq istəyirsinizsə, bu qidalardan imtina edin!

Elmi araşdırmalar sübut edib ki, şəkər dərinin qocalmasını sürətləndirir.

Çoxlu miqdarda şirniyyat qəbul edən insanların dərisi daha tez qocalır, qırışlarla örtülür, tonusunu itirir, sallanmağa başlayır, cansız olur.

Bütün bunların elmi izahı var. Məsələ burasındadır ki, şəkərin dəri zülalları ilə birləşməsi nəticəsində  ziyanlı molekullar əmələ gəlir. Bu molekullar kollagen və elastin liflərinin dağılmasını sürətləndirir, onların keyfiyyətini pozur - liflər quru və kövrək olur. Kollagen və elastin dərimizi cavan və dartılmış edən maddələrdir. Bu maddələr dərinin təbii karkasını əmələ gətirir ki, dərimiz də bu karkasa sanki dartılmış olur. Kollagen və elastin liflərinin zədələnməsi qırışların əmələ gəlməsinə səbəb olur, dərini sallanmış edir.

Həmçinin şəkər dərinin təbii nəmləndiricisi olan qialuron turşusunun əmələ gəlməsini zəiflədir ki, nəticədə dəri quruyur.

Bu səbəbdən dərinizi cavan və sağlam saxlamaq istəyirsinizsə, daha az şirniyyat  qəbul edin. Qidalanmanızda tort, peçenye, konfet, pirojna və s. bu kimi məhsulları meyvə quruları kimi faydalı şirniyyatlarla əvəz edin.


Saglamolun.Az

.
loading...
.

loading...
.

HƏKİMLƏR

Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...
Tərlan Qasımov

Tərlan Qasımov

Qastroenterologiya

Qastroenteroloq-İnvaziv Endoskopist İş stajı -8 il

Ətraflı...
Vüqar Fəttah-Pur

Vüqar Fəttah-Pur

Damar xəstəlikləri

Cərrah-fleboloq (damar xəstəlikləri) İş stajı - 18 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика