Ürəyi sağlam saxlayan 3 ADİ MƏHSUL

Paxlalıların istifadəsi müxtəlif ürək-damar xəstəliklərinin yaranmasının qarşısını almağa kömək edir.

Saglamolun.az Oxu.az-ın verdiyi məlumata əsasən, bu nəticəyə Amerika Həkimlər Komitəsinin ekspertləri gəliblər.

Mütəxəssislərin sözlərinə görə, rasiona lobya, mərcimək və noxud daxil edilməsi infarkt və insult riskini 10% azaldır. Məsələ ondadır ki, bu bitkilərin tərkibində çoxlu miqdarda kalium, sellüloz, zülal və digər ürək-damar sistemi üçün faydalı maddələr var.

Eyni zamanda, paxlalıların tərkibində yağ az olur, onlar aşağı qlikemik indeksə malikdir və orqanizmdə "pis" xolesterinin səviyyəsini aşağı salır.

Tədqiqatçılar qeyd edirlər ki, pəhrizə paxlalıların əlavə edilməsi qan təzyiqinin də azalmasına kömək edir.

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...