Bu ilin aprel ayı ərzində 7 nəfər, mayda 12 nəfər, iyunda 16 nəfər, iyul ayında isə 14 nəfər ilan sancması səbəbindən Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılıb.
Bu barədə Oxu.Az-a Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
Həkim bildirib ki, ilan sancması ilə əlaqədar Klinik Tibbi Mərkəzdə həyatını itirən olmayıb:
“Lakin məlumatımıza görə, rayonlarda xəstənin xəstəxanaya gec çatdırılması səbəbindən ölüm hadisəsi olub”.
Həkim vurğulayıb ki, zərdabla bağlı təminatda problem yoxdur:
“Bakı şəhəri ərazisindəki xəstəxanalara, təcili tibbi yardım briqadalarına, mərkəzi rayon xəstəxanalarının hər birinə preparatlar paylanılıb”.
Saglamolun.Az