Burun əməliyyat edilməsi üçün yaş faktoruna diqqət etmək lazımdır.
Bununla bağlı türkiyəli qulaq-burun boğaz həkimi Dr. Ömer Faik Sağun açıqlama verib.
Həkim qeyd edib ki, 17 yaşından əvvəl burun əməliyyatı icra edilməməlidir. Son illərdə rinoplastika ən çox edilən estetik əməliyyatlardan biridir.
“Burun estetikası kişilər üçün 18 yaşından sonra, qadınlar üçün isə 17 yaşından sonra uyğundur. Çünki bu yaşa qədər insan burnunda görünüş dəyişir və formalaşma prosesi gedir. Bu səbəbdən də inkişaf davam etdiyi üçün rinoplastika əməliyyatı tövsiyə edilmir. Eyni zamanda tənəffüs problemi olan xəstələrdə daha çox bir neçə prosedurdan sonra rinoplastika edilə bilər”,-deyə həkim bildirib.
Mütəxəssis onu da əlavə edib ki, təkrar burun əməliyyatı tələb olunarsa, ilk əməliyyatdan ən az 6 ay keçməlidir.
Həkimin sözlərinə görə, dodaq yarığı, burunda hemangioma və travma nəticəsində burun problemi olan xəstələrdə rinoplastika əməliyyatı çox daha erkən yaşlarda edilə bilər.
medicalmedia.az
Saglamolun.Az