Arı sancmasına adi hal kimi yanaşmaq olmaz - XƏBƏRDARLIQ - VİDEO

Arı sancması adi hal kimi görünsə də, bu, bəzi insanlarda hətta ölümə səbəb ola bilir. Elə dünən Ağstafa rayonunda yaşanan hadisə kimi.

Xəzər Xəbər xəbər verir ki, həkimlər deyirlər ki, bəzi insanlarda immun sistemi müəyyən maddələrə kəskin reaksiya verə bilir. Arı sancması allergiyaya meylli olan insanlarda ağır reaksiyanın, hətta anafilaktik şokun inkişafına gətirib çıxara bilər.

Həkim Fidan Əlirzayevanın sözlərinə görə, allergiyası olan şəxsi arı sancdığı zaman ev şəraitində hər hansı bir müdaxilə etmək olmaz. Ona görə də xəstəni ən gec 1 saat ərzində xəstəxanaya çatdırmaq lazımdır.

Vəziyyətin ciddiliyinə baxmayaraq, bir çoxları bu mövzuda narahat olmur, yalnız arı sancdıqdan sonra həssas olduqlarını öyrənirlər. Lakin bunu əvvəlcədən də müəyyən etmək mümkündür. Bunun üçün qandan nümunə götürülərək, spesifik təhlillərin aparılması lazımdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Saglamolun.Az