Arterial təzyiqi aşağı salır, trombları əridir, həzmi yaxşılaşdırır... İki əsirlik tərəvəzin faydaları

Şirin bibərin vətəni Mərkəzi Asiya və Cənubi Amerikadır.

Ölkəmizdə dolmalıq bibər kimi də tanınır. Medicina.az bu tərəvəzin faydaları ilə bağlı önəmli məlumatları təqdim edir.

Bibər Amerikanın cənub, subtropik və tropik bölgələrində yabanı halda yetişməyinə baxmayaraq dünyanın bütün ölkələrinin mətbəxində istifadə edilir. Qırmızı, sarı, narıncı və yaşıl rənglərdə olur. 19-cu əsrdən mətbəxtdə qida kimi istifadə edilir. Şirin bibərin tərkibi C, B1, B2, B9, P, PP və karotinlə zəngindir.
 
Tərkibində olan bu vitaminlərə görə mütəxəssislər yaşlı adamlara, şəkərli diabetdən, yaddaş pozğunluqlarından, yuxusuzluqdan, fiziki gücün azalmasından əziyyət çəkənlərə hər gün şirin bibər yeməyi məsləhət görür.

Onun tərkibində olan C vitamininin miqdarı limonun və qara yemşanın tərkibində olan C vitamininin miqdarına bərabərdir.

Askorbin və P vitamininin qarışımı qan damarlarının divarlaını möhkəmləndirdiyinə və bunların hər ikisinin miqdarının bu tərəvəzdə çox olduğuna görə həkimlər hər gün şirin bibər yeməyi məsləhət görür.

Şirin bibərin tərkibində çoxlu makro və mikro elementlər (maqnium, kalsium, kalium, yod, xrom, sink, marqan, kükürd, kolbat və s.) vardır.

Şirin bibərin immunitet zəifliyi, qanazlığı, keçəlləşmə və osteoparozun müalicəsi zamanı faydası çox böyükdür. Şirin bibəri qan xəstəlikləri, diş əti qanaxmaları, ağqanlılıq və sümüklərin tez-tez sınması zamanı istifadə etdikdə xəstəliyin əlamətləri aradan qalxır.

O həzmi, bağırsaqların peristaltikasını artırır və bağırsaq möhtəviyyatının xaric olunmasını sürətləndirir.

Şirin bibərin tərkibində olan maddələr arterial təzyiqi aşağı salmaq, qanı təmizləmək və trombları əritmək qabiliyyətinə malikdir. Şirin bibər orqanizmi xərçəng xəstəliklərindən qoruyur, qanda xolesterinin və triqliseridlərin miqdarını aşağı salır.

Saglamolun.Az




loading...

 

 

HƏKİMLƏR

Günay Abdullayeva

Günay Abdullayeva

Ginekologiya

Mama-ginekoloq İş stajı - 10 il

Ətraflı...
Həcər Hüseynova

Həcər Hüseynova

Ginekologiya

Mama-ginekoloq Əmək stajı - 11 il

Ətraflı...
Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...

 


Яндекс.Метрика