Beyin damarlarını təmizləmək üçün xalq təbabəti vasitələri

İnsan yaşa dolduqca damarların sağlamlığı pozulur, damarlar zəifləyir, sərtləşir, tıxanır.

Bu isə ürək xəstəliklərinin, infarkt və insultun riskini xeyli artırır. Xalq təbabətində damarların sağlamlığını bərpa etmək üçün çoxlu sayda reseptlər mövcuddur.

Saglamolun.az sizə 2 belə resepti təqdim edir. Nəzərinizə çatdıraq ki, bu reseptlər tanınmış ukraynalı bioloq, kimyaçı, ömrünün 40 ilini təbii vasitələrlə müalicə üsullarının araşdırmasına həsr etmiş akademik Boris Bolotovun kitabından götürülüb.  

1. 5 x.q. şam ağacı iynəyarpağı və 2 x.q itburnu götürülür. Onları yaxşı yuyun, üzərinə 1 l qaynar su tökün, zəif odun üzərinə qoyun, qaynamağa başlayan kimi oddan götürün (qaynatmayın!), 8 saat və ya axşamdan səhərə qədər saxlayın. Sonra dəmləməni süzün və gün ərzində yarım l - 1 l miqdarında adi çay kimi için. Dəmləməni 2 həftə ərzində için, 2 həftə fasilə verin və yenə 2 həftə için. Bu müalicəni ildə 2 dəfə yaz və payızda edin.  

Bu vasitə həmçinin insult keçirmiş insanlar üçün də çox faydalıdır.

2. Yarım stəkan təbii bal, yarım stəkan yaxşı zeytun yağı və yarım stəkan təzə sıxılmış limon şirəsi  götürülür. Onları yaxşı qarışdırın, 1 gün ərzində sərin qaranlıq  yerdə saxlayın (soyuducuda yox!). Qarışıq hazırdır.

Bu qarışıqdan hər gün 1 x.q. olmaqla səhər yeməkdən əvvəl qəbul edin. Bu qarışıq damarları təmizləyir, orqanizmin ümumi vəziyyətini yaxşılaşdırır. Qarışığı uzun müddət ərzində qəbul etmək olar.

Saglamolun.Az




 

 

 


Яндекс.Метрика