YENİLİK: Bu şəxslərin pensiyası artırılır

“Qanunun 45-ci maddəsinə təklif edilən dəyişiklik nəticəsində qanunun 9-cu maddəsində nəzərdə tutulan güzəştli şərtlərlə pensiya hüququ əldə edən şəxslərdən daha çox pensiya kapitalının tələb olunması aradan qaldırılacaq. Bu da həmin kateqoriyadan olan şəxslərin pensiyalarının orta məbləğinin 170 manata qədər artırılmasına imkan yaradacaq”.

Xezerxeber.az xəbər verir ki, bunu “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

“Təklif olunan dəyişikliklərin maliyyə yükü ilkin hesablamalara görə 4 milyon manatdan çox vəsait tələb edir”-Musa Quliyev Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

Saglamolun.Az