Çip implantarı insanların qan təzyiqi və ürək döyüntülərində baş verən dəyişiklikləri göstərir

“Çip implantarı insanların gündəlik istifadə etdiyi texnologiyaların asanlaşdırılmış formasıdır. Bu çiplər ictimai nəqliyyat kartlarına, kontaktsız ödəniş funksiyası olan debet kartlara bənzəyir, həmçinin istifadə edilən NFC texnologiyasının köməkliyi ilə insan bədənində baş verən hadisələri - qan təzyiqi və ürək döyüntülərində baş verən dəyişiklikləri bildirir”.

AZƏRTAC BBC-yə istinadla bildirir ki, bu sözləri “Walletmor” şirkətinin təsisçisi və rəhbəri Vijtek Paprota deyib.

Mikroçip ilk dəfə 1998-ci ildə insana implantasiya edilib, lakin bu texnologiya yalnız son 10 ildə satışa çıxarılıb. İnsan bədəninə daxil edilə bilən çiplərin yaradıcısı, Britaniya-Polşa şirkəti olan “Walletmor” bildirib ki, mikroçipləri ötən il satışa çıxaran ilk şirkətdir. Şirkətin rəhbəri V.Paprota qeyd edir ki, “Çəkisi bir qramdan az və bir düyü dənəsindən bir qədər böyük olan “Walletmor” çipi kiçik bir mikroçipdən və plastikə bənzər təbii mənbəli material olan biopolimerə daxil edilmiş antenadan ibarətdir. Çip implantasiyadan dərhal sonra işləyir və implant edildiyi yerdə möhkəm qalır. O, həmçinin enerji mənbəyinə ehtiyac duymur”. Şirkət indiyə kimi 500-dən çox çip satdığını bildirir.

“Walletmor”un istifadə etdiyi texnologiya NFC, hər hansı qan təzyiqi aparatına ehtiyac olmadan istədiyimiz ölçüləri telefonumuzda dəqiq göstərir. Digər implantlar adətən fiziki təmassız debet və kredit kartlarına oxşar texnologiya olan radiotezlik identifaksiyasına (RFID) əsaslanır.

Reading Henley Business School Universitetinin siyasət, idarəetmə professoru Nada Kakabadse öz çıxışında bildirir ki, belə çiplərin gələcəkdə yarada biləcəyi təhlükələr üçün narahatdır. “Texnologiyanın sui-istifadə potensialı olan qaranlıq tərəfi var. Bu çiplər insanlara nəzarət, manipulyasiya və təzyiq üçün cazibədar bir fürsətdir”.

Saglamolun.Az