Загрузка...

Varikoz xəstəliyi: ayaqlarınızın gözəlliyini itirməyin!

Varikoz xəstəliyi – səbəbləri və simptomları...

Varikoz xəstəliyi ilə insanlıq çoxdan tanışdır. Əslində bu, iki ayaq üzərində gəzməyə görə bir növ hesablaşmadır. Bu zaman ağırlıq bərabər paylanmır ki, bu da qan dövranının çətinləşməsi və nəticədə varikozun yaranmasına səbəb ola bilər.

Varikoz xəstəliyi – damarların genişlənməsi ilə yaranan, ayaqların (aşağı ətrafların) damar sistemi xəstəliyidir.  Bu xəstəliyin yaranma səbəbləri müxtəlif ola bilər - genetik (irsi) meyillilik, fiziki aktivliyin olmaması, oturaq və “ayaqüstü” həyat və iş tərzi, artıq çəki, düzgün qidalanmama, hormonal preparatların qəbulu, siqaret çəkmə və s. Qadınlarda kişilərə nisbətən bu xəstəliyə meyillilik daha çoxdur, çünki onlar daha çox hormonal dəyişikliklərə (hamiləlik kimi) məruz qalırlar.

Varikoz tədricən inkişaf edir - əvvəlcə ayaqlarda ağırlıq və zoqquldama hiss olunur, yüngül şişkinlik əmələ gəlir, sonra bu şişkinlik artır, damarlar bilinməyə başlayır, daha sonra şişlər davamlı şəkildə yaranmağa başlayır ki, bu da açıq və sağala bilən venoz xoraların əmələ gəlməsi ilə sonlana bilər. Burdan belə bir nəticəyə gəlmək olar ki, varikoz xəstəliyinin müalicəsinə onun inkişafına imkan vermədən artıq ilk mərhələlərdən başlamaq lazımdır, ən yaxşısı isə ilk simptomları gözləmədən profilaktik tədbirlər görməkdir.

Varikoz xəstəliyinin müalicə metodları

Bədbəxt qədim misirli qadınları bu xəstəlikdən qurtarmaq üçün onların şişmiş damarlarını yandırır və ayaqlarını bez ilə sarıyırdılar. Xoşbəxtlikdən tibb sahəsi yerində saymır və xəstəliklərin müalicəsində daim yeni üsullar axtarılıb tapılır. Günümüzdə varikoz xəstəliyinin artıq daha mütərəqqi və ağrısız müalicə metodları vardır:

- qan damarlarının divarlarını gücləndirmək üçün venotoniklər və mazlar;

- varikoz üçün kompres ayaq geyimi (corablar, kalqotqalar) — bu geyim damarların genişlənməsini azaldır, qan dövranının yaxşılaşdırır və şişkinliyin yaranmasının qarşısını alır;

- lazer və fotoaqulyasiya —zədələnmiş damarlarda qan dövranının dayandırılması proseduru xüsusi şüalandırmanın köməyilə aparılır;

- Skleroterapiya — xüsusi “yapışdırıcı” preparatlarla zədələnmiş damarlara və qan damarlarına iynə vurulması;

- xalq təbabəti və evdə hazırlanan vasitələr (kompreslər, məlhəmlər, həlimlər).

Varikoz üçün müalicə vasitələrinin və kompres bezlərin sərbəst şəkildə satışda olmasına baxmayaraq özünümüalicə ilə də məşğul olmaq düzgün deyil. Ancaq həkim sizin üçün düzgün və effektiv olan terapiya sxemini, hətta ölçünüzə uyğun kompres corabları seçə və təyin edə bilər.

Hazırda varikoz xəstəliyinin müalicəsində cərrahi medaxilə ağır əməliyyat sayılmır. Siz demək olar ki elə həmin gün evinizə qayıda bilərsiniz. Ancaq bu o demək deyil ki, həkimə müraciəti belə ekstremal tədbirlərə ehtiyac duyulana qədər təxirə salmaq olar. Varikoz xəstəliyinin müalicəsi və profilaktikası ilə vaxtında məşğul olun, bu halda ayaqlarınızın gözəlliyini daim qoruyub saxlaya bilərsiniz!


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...
Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...
Günay Hacıyeva

Günay Hacıyeva

Ginekologiya

Mama-Ginekoloq Əmək stajı - 15 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика