Bordo Universiteti Xəstəxanası mütəxəssisləri tərəfindən aparılan son araşdırmaya görə, ürəkbulanma əleyhinə dərmanlar insult riskini artıra bilər.
Alimlər işemik insult və qusma əleyhinə dərmanlar arasındakı əlaqəni araşdırıblar. Sonuncular tez-tez miqren, radiasiya və kimya terapiyası nəticəsində yaranan ürəkbulanma və qusmanı aradan qaldırmaq üçün təyin edilir.
Tədqiqat zamanı məlum olub ki, ilk dəfə qusmaya qarşı dərmanlar içən insanların insult keçirmə ehtimalı üç dəfə artıb. Özü də ən yüksək risk kişilərdə qeyd alınıb (3,59 dəfə çox).
Mənbə: ferra.ru
Saglamolun.Az