Загрузка...

Bu gün vacib qərarlar qəbul etməyin!

İnsan təbiətin ayrılmaz bir hissəsidir. Bu səbəbdən təbiətdə baş verən istənilən dəyişikliklər insanın sağlamlığına və əhvalına təsir edir.

Gün və ay tutulmaları da bu hadisələrin arasındadır.

Bildiyiniz kimi, bu gün ay tutulması baş verəcək. Mütəxəssislərin müşahidələrinə görə, gün tutulması ilə müqayisədə ay tutulması insan sağlamlığına və əhvalına daha ciddi təsir edir. Bu təsir hətta ay tutulmasından 2 həftə əvvəl və 2 həftə sonra özünü göstərir. Xüsusilə ürək-damar və sinir sistemi əziyyət çəkir. Araşdırmalar göstərir ki, bu günlərdə ürək və damar xəstəlikləri olan insanlarda ürək tutması, infarkt və insultun riski artır.

Ay tutulması insan psixikasına da çox ciddi təsir edir. Ay tutulmasından bir neçə gün əvvəl, ay tutulması günü və bir neçə gün sonra intiharların sayı artır. Hətta sinir sistemi sağlam olan insanlarda baş ağrıları, əhvalın pisləşməsi, səbəbsiz narahatçılıq, hətta təlaş hissi yarana bilər.

Sinir sistemi xəstəlikləri və pozulmaları olan insanlar və onların yaxınları bu günlərdə xüsusilə diqqətli olmalıdır.

Mütəxəssislər ay tutulması zamanı vacib qərarlar qəbul etməyi, vacib sazişlər bağlamağı tövsiyə etmirlər ki, bu günlərdə (xüsusilə ay tutulması günü) səhv qərar vermək ehtimalı çox yüksək olur.  

Mütəxəssislər insanlara bu günlərdə daha çox dincəlməyi və yatmağı tövsiyə edirlər. Yeməklər yüngül olmalıdır, daha çox su için. Xroniki xəstəlikləri olan insanlar öz sağlamlığına qarşı daha diqqətli olmalıdır.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

SON YAZILAR

Яндекс.Метрика