Həkim axtarışı | Məhsul və xidmət | Facebook | Twitter | Youtube | Instagram | Ozdorovye.com | Reklam
Bəzi insanlar hətta isti otaqda olduqda daim üşüyür. Belə insanlardan tez-tez "soyuğa davamım yoxdur" kimi ifadəni eşitmək olur.
Səbəbsiz üşümə hər hansı xəstəliyin və ya pozulmanın simptomu ola bilər. Bu səbəbdən belə simptoma laqeyd yanaşmayın, səbəbini araşdırın.
Soyuğa davamsızlıq bu kimi xəstəliklərin və pozulmaların simptomu ola bilər:
1. Qanazlığı. Bu əsas səbəblərdən biridir.
2. Artıq çəki. Kök insanlar normal çəkisi olan insanlarla müqayisədə daha çox üşüyür. Orqanizmdə yığılmış piy damarların sıxılmasına səbəb olur ki, bu da qan dövranını pozur. Nəticədə insan tez-tez üşüyür.
3. Qalxanvari vəzi xəstəlikləri. Bu kiçik vəz orqanizmdə çox vacib funksiyaları icra edir. Bu funksiyalardan biri istiliyin mübadiləsidir. Qalxanvari vəzinin fəaliyyətinin zəiflənməsi soyuğa davamsızlığa səbəb olur.
4. Arıqlamaq üçün tutulan pəhrizlər, natamam qidalanma. Bu vəziyyətdə insan qida ilə az kalori alır, bu kalorilər orqanizmi qızdırmaq üçün kifayət etmir və nəticədə insan tez-tez üşüyür.
5. Qan dövranı pozulmaları.
6. Hipotoniya (aşağı təzyiq).
7. Şəkərli diabet. Bu xəstəlik ürək-damar sistemini zədələdir ki, nəticədə qan orqanizmdə pis dövr edir, ətraflara çatmır. Nəticədə insan tez-tez üşüyür, xüsusilə ayaqlar soyuq olur, onlarda həssaslıq azalır.
8. Soyuğa qarşı allergiya. Bu nadir pozulma zamanı insanda soyuq havada dəri quruyur, qızarır, qaşınır, dodaqlar çatlayır. Belə insanlar soyuq havada hətta isti geyindikdə daim üşüyür.
XƏBƏRLƏR 25-04-2018 /171
Sidik ifrazı sistemi 25-04-2018 /353
XƏBƏRLƏR 25-04-2018 /206
Kosmetologiya 25-04-2018 /238
Sağlam qida 25-04-2018 /141
XƏBƏRLƏR 25-04-2018 /123
XƏBƏRLƏR 25-04-2018 /60
XƏBƏRLƏR 24-04-2018 /207
XƏBƏRLƏR 24-04-2018 /182
XƏBƏRLƏR 24-04-2018 /212
23-04-2018 /4430
24-04-2018 /1234
23-04-2018 /926
09-04-2018 /10758
02-04-2018 /8963
08-04-2018 /8793
20-04-2018 /8487
12-04-2018 /8119