Azərbaycanda yüksək vəzifələrdə çalışmış jurnalist vəfat etdi - FOTO

Azərbaycan bölgə mətbuatının tanınmış nümayəndəsi Vaqif Saday oğlu Abbasov 74 yaşında ürək tutmasından dünyasını dəyişib.

Bu barədə Publika.az-a Mətbuat Şurasının  Ahıl Jurnalistlər Məclisinin sədr müavini Tahir Aydınoğlu məlumat verib.

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin 1972-ci il məzunu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Vaqif Abbasov uzun müddət Şirvan  şəhərində çıxan “İşıq” qəzetində və Şirvan Şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb. O, ayrı-ayrı illərdə Şirvan Şəhər Mədəniyyət İdarəsinə və Azərbaycan Dövlət Arxivinin Şirvan regional bölməsinə rəhbərlik edib.

Azərbaycan Mətbuat Şurası  Ahıl Jurnalistlər Məclisinin bölgə fəallarınfdan biri kimi Vaqif Abbasov son illərdə respublika mətbuatında aktual mövzularda çıxışlar edir, Şirvanın nüfuzlu ziyalısı kimi şəhərin ictimai-siyasi həyatda fəal iştirak edirdi.

Allah rəhmət eləsin!

Saglamolun.Az