Dəm qazı təhlükəsi - 9 nəfər zəhərləndi

Goranboyda bir ailə dəm qazından zəhərlənib.

APA xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.

İkisi uşaq olmaqla ailənin doqquz üzvü zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onlar 1970-ci il təvəllüdlü Alidə Əsgər qızı Bayramova, 2001-ci il təvəllüdlü Aygün Cahandar qızı İsmayılova, 1986-cı il təvəllüdlü Vüsalə Fərmail qızı Bayramova , 1999-cu il təvəllüdlü Məhərrəm Valeh oğlu Bayramov, 2017-ci il təvəllüdlü Sahil Saleh oğlu Bayramov, 2015-ci il təvəllüdlü Sadiq Saleh oğlu Bayramov, 1990-cı il təvəllüdlü Sahil Valeh oğlu Bayramov, 1968-ci il təvəllüdlü Valeh Bəylər oğlu Bayramov və 1994-cü il təvəllüdlü Zeynal Valeh oğludur Bayramovdur.

Onların vəziyyətinin kafi olduğu bildirilir.
Məlumat görə, zəhərlənənlərin bir neçəsi toyda iştirak etmək üçün Bakı şəhərindən qonaq gəlib.

Saglamolun.Az