Bu fəsildə doğulan insanlar daha çox yaşayır

İnsanın doğulduğu fəsil onun sağlamlığına ciddi təsir edir.

Alimlər sübut edir ki, payızda doğulan insanlar digər fəsillərdə doğulan insanlarla müqayisədə daha sağlam olur və çox yaşayır.

Amerika alimləri genişmiqyaslı araşdırma zamanı aşkar ediblər ki, uzunömürlülərin əksəriyyəti payızda və xüsusilə də noyabr ayında doğulan insanlardır.

Saglamolun.az xarici KİV-lərə istinala xəbər verir ki, mütəxəssislərin fikrinə görə, bunun səbəbi payızda uşaq dünyaya gətirən anaların hamiləlik boyu daha yaxşı qidalanmasıdır. Bu uşaqlarda beyinin və digər strukturların formalaşmasının ən vacib dövrü yaya təsadüf edilir. Yayda meyvə və tərəvəzlər bol olur ki, insan daha çox miqdarda orqanizm üçün əvəzsiz olan vitamin və mineralları qəbul edir. Bunun nəticəsində ana bətnində daha sağlam orqanizm formalaşır.

Bundan əlavə alimlərin fikrinə görə, uzunömürlülərin əksəriyyətində bu kimi xüsusiyyətlər var: ətrafdakılara qayğı göstərmək, fiziki aktiv olmaq, çox işləmək, sosial həyatda fəal olmaq, həyata pozitiv baxmaq.    

Saglamolun.Az




loading...

UŞAQLARDA ALLERGİYA

HƏKİMLƏR

Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...
Samirə Məlikova

Samirə Məlikova

Pediatriya

Pediatr İş stajı – 17 il

Ətraflı...
Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 7 il

Ətraflı...

 


Яндекс.Метрика