Slovakiya hökuməti fevralın 26-dan etibarən bütün COVID-19 məhdudiyyətlərini və tədbirlərini ləğv edəcəyini açıqlayıb.
İlk olaraq peyvənd olunmayanlara tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılacağı, daha sonra isə qapalı yerlərdə toplaşan insanların sayına tətbiq edilən məhdudiyyətin ləğv ediləcəyi qeyd edilib.
Fevralın 26-da məhdudiyyətlərin mərhələli şəkildə qaldırılmağa başlayacağı bildirilsə də, normallaşmanın ikinci mərhələsinin martın 26-da davam edəcəyi vurğulanıb. İkinci mərhələdə məkanların açılış və bağlanış saatları, həm də qapalı ərazidə buraxılan insanların sayı dəyişdiriləcək./publika.az
Saglamolun.Az