Əhalini sevindirəcək xəbər: Pensiyalar bu gündən... VİDEO

Bu gündən Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

2022-ci ilin 1 yanvar tarixindən etibarən tətbiq olunan pensiya artımının yanvar ayı üçün olan artımı fevral ayının pensiyası ilə birgə ödəniləcək. Bundan başqa, 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardım rüblər üzrə bölünəcək və yardımın ilk 50 manatı da fevral ayının pensiyasının üzərinə əlavə olunacaq.

Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Dövlət Sosial Müdafiə Fondunun Departament müdiri Rəşad Mehdili bu barədə ətraflı “Xəbər Ertəsi”nə danışıb.

Saglamolun.Az