Allergiyadan qorunmaq üçün 6 SUPER QİDA

Çölə çıxarkən tozcuqlardan qaçmaq üçün yer axtaranlar üçün allergen faktorlarını azaldan və orqaznizmə güc verə biləcək qidaların tam siyahısını təqdim edirik. Allergiya üçün hansı qidaların təsirli olduğunu birlikdə öyrənək.

Allergenlərdən özünüzü qorumaq üçün ala biləcəyiniz dərmanlar və ehtiyat tədbirləri olsa da, bəzi qidaları istehlak etmək də faydalıdır.

  1. Brüssel kimi tərkibində C vitamini olan tərəvəzlər - Goodrx-in tibbi redaktoru Katie E. Golden-ə görə, C vitamini bir çox tərəvəzdə olur. Allergiyaların təsirini azaltmaq, həmçinin bədənin təbii iltihab reaksiyalarını tənzimləməyə kömək etmək üçün vacibdir. C vitamini ilə zəngin olan tərəvəzlərə qırmızı bibər, brokoli, gül kələm və Brüssel kələmi kimi xaçlı tərəvəzlər daxildir.
  1. Gicitkən yarpaqları – Bu da allergiya ilə mübarizə aparan başqa bir təsirli vasitədir. Ancaq istehlak etməzdən öncə mütləq həkiminizlə məsləhətləşin. Klinik tədqiqatlara görə, gicitkən yarpaqları allergik riniti olan bir çox insana təbii rahatlıq təmin etmək üçün çay, tincture və ya kapsul şəklində istifadə edilə bilər. Gicitkən burun axması və ya həddindən artıq selik istehsalı kimi allergik rinit əlamətləri olan insanlar üçün xüsusilə təsirlidir. Amma gicitkən çiçəklərindən istifadə etmək tövsiyə edilmir. Bu çiçəklərin istehlakı mədə pozğunluğu və ishal kimi müxtəlif yan təsirlərə səbəb ola bilər. Həmçinin, hamilə qadınlar üçün tövsiyə edilmir.
  2. Portağal kimi tərkibində C vitamini olan meyvələr - İmmunitet sistemi üçün faydalı olan və allergiya ilə mübarizədə müsbət təsir göstərən portağal və naringi kimi tərkibində C vitamini olan meyvələrin istehlak edilməsi məsləhətdir. Portağaldan başqa qreypfrut kimi digər sitrus meyvələri də allergiyaya qarşı təsirlidir.
  1. Təbiətin möcüzəsi olan bal - Müntəzəm bal istehlakı immunitet sistemi üçün əsas ehtiyaclardan biridir. Balın bir çox faydası var, Allergenlərlə mübarizə üçün zəruri olan propolisin balda bol olduğu üçün istehlakı tövsiyə edilir.
  1. Quercetinlə zəngin qidalar - Klinik tədqiqatlarda quercetin ehtiva edən qidaların allergik riniti olan insanlar üçün faydalı olduğu sübut edilib. Buna görə də müntəzəm olaraq qırmızı soğan, qulançar və kapari kimi quercetin baxımından zəngin qidalara üstünlük vermək lazımdır.
  1. Buruq kələm də siyahıdadır - Kələm super qida hesab edildiyi üçün onları qida rasionunuza daxil etməkdə fayda var. Buruq kələm allergiyaya qarşı təsirli hesab edilir.

Amma nəzərə almaq lazımdır ki, tək bir qida ilə allergiyanı müalicə etmək mümkün deyil. Tövsiyə olunan bu qidalar sadəcə allergiyanın təsirini azalda bilər.

medicalmedia.az 

Saglamolun.Az