Qarlı hava nə vaxta qədər davam edəcək?

Paytaxtda qarlı hava şəraitinin nə vaxta qədər davam edəcəyi açıqlanıb.

Bu barədə Trend-ə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

"Bu gün axşam saatlarına doğru yağıntıların tədricən kəsiləcəyi, güclü şimal-qərb küləyinin zəifləyəcəyi gözlənilir" - deyə, o bildirib.

Qeyd edək ki, dünən axşamdan etibarən Bakıda və bölgələrdə qarlı hava müşahidə olunur. Paytaxtda qarlı hava ilə əlaqədar əsas yollarda sürət həddi endirilib. Aidiyyatı qurumlar gücləndirilmiş iş rejiminə keçib.

Saglamolun.Az