Kişilərin nəzərinə - Bu idman hərəkətləri cinsi həvəssizlik yarada bilər

İdman etməklə cinsi gücünüzə təsir etmək mümkündür. Bu, idmanın təsiri ilə bədəndə testosteron hormonunun artıb, azalması ilə bağlıdır.

Bu hormon cinsi güclə düz mütənasibdir. Belə ki, bədəndə testosteron miqdarı normal olduqda cinsi gücü də yüksək olur.

Bəzi idman hərəkətləri testosteronu, dolaysıyla cinsi gücü artırır, bəziləri isə azaldır.

Cinsi gücü və testosteronu azaldan hərəkətlər:

Saatlarla qaçmaq, saatlarla velosiped sürmək, xeyli müddət davam edən kardiohərəkətləri testosterona mənfi təsir göstərir. Bu isə bədəndə kortizol adlanan stress hormonunun artması ilə bağlıdır. Belə ki, kortizolla testosteron bir-birinə tərs mütənasibdir.

Eləcə də, ağırlıqqaldırma məşqini də 45 dəqiqədən artıq etdikdə stress hormonu artır və bu da testosteronun azalmasına gətirib çıxardır.

Testosteron kişilər üçün ən vacib hormondur. Bu hormon vasitəsi ilə oğlan, kişiyə çevrilir - səsi qalınlaşır, tüklənir, əzələ kütləsi artır, aqressivləşir.

Testosteron qadınlarda da var. Lakin çox az miqdardadır. Bu səbəbdən də qadın, stereoid qəbul etmədiyi müddətdə, nə qədər məşq eləsə də, əzələli bədənə sahib ola bilmir. (milli.az)

Saglamolun.Az