Brokoli - az kalorili, lakin çox xeyirli tərəvəz

Artıq uzun zamandır ki artıq çəki ilə mübarizə məhsulları arasında çox populyar olan brokoli,kələm ailəsinə aid edilir.

Bu məhsulu bişirmə üsulları müxtəlifdir: sud qaynatmaq, qızartmaq, suxari, mayonez və souslarla ilə əzilmiş formada yemək mümkündür.

Brokoli kələmi - vitamin və mineralların mənbəyi sayılan  tərəvəzlərdən biridir.Yüksək miqdarda  C vitamininin, fol turşusu, kaliy, selülloz  və beta- karotinin olmasından əlavə, tərkibində olan antioksidan və digər xeyirli maddələr ürək damar və xərçəng xəstəliklərinin yaranma riskini azaldır. Bütün bu yaxşı cəhətlərilə bərabər, brokoli dadlı, rahat hazırlanan və demək olar ki, təmamilə kalorisiz məhsuldur.

C, PP, K, U vitaminləri və beta-karootinin mənbəyi sayılan bu tərəvəzin tərkibində olan askorbin turşusu(C vitamini) mənbəyi olan sitrus meyvələrində olduğundan 2.5 dəfə çoxdur.

Tərkibində olan beta-karotinin miqdarına görə isə (A provitamini - gözəllik və yaxşı görmə qabiliyyəti vitamini), brokoli, bu vitamini mənbəyi sayılan kök və balqabaqdan daha ön sıralardadır.

Bundan əlavə brokoli tərkibində U vitamini olan tərəvəzlərdən yalnız qulançardan geri qalır.

Mineral maddələr gəldikdə isə brokoli, tərkibində olan kaliy, kalsiy, fosfor, natriy və dəmirin sayına görə  yalnız gül kələmlə rəqabət aparır, zülal və mineral duzların miqdarına görə isə onu geridə qoyur.

Yüksək miqdarda olan fizoloji aktiv maddələr sayəisndə, bu məhsul ürək çatışmazlığı və sinir sistemi pozğunluqları olan insanlar məsləhət görülür. Tərkibində olan xlorofil qanın tərkibinə müsbət təsir edir. Bundan əlavə brokoli kələmi ən yaxşı antisklerotik vasitələrdən sayılır.

Az zamandır ki, bu məhsulun həmçinin xərçəngin profilaktikası üçün əla vasitə olduğu da məlum olub. Mütəxəssislərin araşdırmaları əsasında bəlli olmuşdur ki, brokolinin tərkibində mədə yarasını  yaradan bakteriyaları öldürən və bu orqanda xərçəngin yaranmasına  mane olan xüsusi sulfarofan maddəsi vardır. Sulfarofan  hətta antibiotiklərin təsir  edə bilməyəcəyi bakteriyaları belə öldürə bilir.

Sağlamlığınıza biganə deyilsinizsə, həm bu qədər xeyirli, həm də demək olar ki, 0 kalorili bu məhsulu qida rasionunuza daxil etməyiniz məsləhət görülür!


Saglamolun.Az




loading...

15-20 yaş daha cavan görünməyin YOLLARI

HƏKİMLƏR

Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...
İsmayılova Xəyalə

İsmayılova Xəyalə

Ginekologiya

Mama-ginekoloq Uşaq ginekoloqu

Ətraflı...
Ellada Sarıyeva

Ellada Sarıyeva

Ginekologiya

Mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru İş stajı: 26 il

Ətraflı...

 


Яндекс.Метрика