Загрузка...

Arpa suyu - süd artıran vasitə

Dünyada anaların rəğbətini qazanan İsveçrəli əmizdirmə məsləhətçisi Hillary Jacobson  süd artıran reseptləri ilə tanınmışdır.

Mütəxəssis qeyd edir ki, onun tövsiyyə etdiyi reseptləri əmizdirdiyi dövrdə özünün süd azlığı çətinlikləri zamanı sınamışdır. Lakin unutmaq lazım deyil ki, südün artırılması üçün körpə mütləq şəkildə ən azı sutkada 10-12 dəfə əmizdirilməlidir. Əgər müəyyən narahatlıqlar səbəbi ilə körpə döşdən bir başa əmməkdən imtina edirsə, o zaman ana ən geci 2 saatdan bir südünü sağmalı və alternativ əmizdirmə üsulları ilə körpəsinə verməlidir. Düzgün təşkil edilən əmizdirmə zamanı südartıran vasitələr də daha çox fayda verməkdədir.

Arpa suyu

Arpa suyu tarixən bir sıra xəstəliklərin müalicəsində istifadə edilməsindən əlavə, təqribən  2000 il əvvəl südartıran içki kimi istifadə edildiyi aşkar edilmişdir. 1 və ya 2 həftə ərzində qəbul edilən arpa suyu südazlığından əziyyət çəkən anaların südünün artmasına səbəb olacaqdır.

Səhər bir çaydan arpa suyu hazırlamaqla, gün ərzində onu qəbul etmək gərəkdir. Zövqə uyğun olaraq arpa suyuna təbii şirinləşdiricilər əlavə etmək olar.  Arpa suyunu istənilən növ arpadan hazırlamaq olar.

Hazırlanması:

1 fincan arpanı 3 litr suya əlavə edib 2 saat ərzində bişimək gərəkdir. Mayenin təqribən yarısı buxarlanmalıdır. Hazırlanan içkinin rəngi nə qədər çox cəhrayımtıl və mayesi həlimli olsa bir o qədər təsiri çox olacaqdır.

Əgər arpa suyu hazırlanarkən içmək üçün çox qatı alınarsa ona su əlavə etmək olar.

İçki hazır olduqda, odun üzərində götürülməli və süzülməlidir. Süzülmüş arpa artıq dadsız olduğundan onu atmaq da olar.

Arpa suyunda  1 xörək qaşığı razyana tozunu və ya 2-3 çay qaşığı razyana toxumunu dəmləyib içmək məsləhətdir.

Hətta razyana toxumunu güldəfnə toxumu ilə əvəz etmək olar.

Bütün sadalanan vasitələri sınamamışdan öncə, əmizdirən ana özünə olan inamını və güvənini artırmalı, müsbət fikirlərə qapanmalı və ona edilən mənfi təsirlərə əhəmiyyət verməməyə çalışmalıdır.

Hazırladı: Səltənət Zülfüqarova

Vib.az

 

.

 


Saglamolun.Az

.
Загрузка...
. .

.

HƏKİMLƏR

Tərlan Qasımov

Tərlan Qasımov

Qastroenterologiya

Qastroenteroloq-İnvaziv Endoskopist İş stajı -8 il

Ətraflı...
Afət Çəndirli

Afət Çəndirli

Fizioterapevt

Fizioterapevt-Reabilitoloq İş stajı: 10 il

Ətraflı...
Cavid Musazadə

Cavid Musazadə

Travmatologiya

Travmatoloq-ortoped (cərrah) Əmək stajı - 8 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика