"Azərbaycan təhsili, Azərbaycan məktəbi repetitor və hazırlıq kursları qarşısında məhv olub, ölüb".
Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.
O, bu gün həlledici rolun repetitor və hazırlıq kurslarına məxsusluğunu və bunun dəhşətli bir tendensiya olduğunu vurğulayıb:
"Mütləq şəkildə qəbul imtahanları sadələşdirilməlidir. Ən yaxşı halda qəbul imtahanında yalnız 10 və 11-ci sinif dərsliklərindən istifadə olunmalıdır ki, şagirdlər az kitab oxuyub özləri fərdi qaydada hazırlaşsın".
Ekspert bildirir ki, abituriyentlər 6-7 fənndən hazırlığa gedir, pul ödəyir, vaxt itirir:
"Bəs orta məktəb nə edir? Ölkə kölgə təhsilindən xilas olmalıdır. Məktəb şagirdlər üçün hal-hazırda vaxt itkisindən başqa bir şey deyil".
Saglamolun.Az