Diqqət: Uşaqlara sakitləşdirici dərmanlar verməyin!

"Uşağı həkimə göstərmədən, kiminsə məsləhəti ilə ona hansısa vitamin kompleksi vermək qətiyyən düzgün deyil".

Milli.Az bildirir ki, uşaq kardioloqu Elşən Rzayev belə deyir.

Həkim bildirir ki, azyaşlıya özbaşına hansısa dərman (lap vitamin olsa belə) vermək onun üzərində təcrübə aparılmasına bənzəyir. E.Rzayevin sözlərinə görə, bəzi valideynlər gecələri pis yatan, həddən artıq aktiv olan uşaqları sakitləşdirmək üçün onlara valeryan məhlulu verirlər və bu dərmanın zərərsiz olduğunu düşünürlər.

"Körpələri təbii vasitələrlə sakitləşdirməyin tərafdarı deyiləm. Kardioloq tərəfindən müayinə olunmayan uşağa ürək sakitləşdirici dərman vermək  qətiyyən düzgün deyil. Əgər uşaqda nevroloji problem müşahidə olunursa, özbaşına müalicə əvəzinə mütəxəssisə müraciət etmək lazımdır" - Rzayev vurğulayır.

Mütəxəssis bildirir ki, uşaqda əl və ayaq soyuqluğu, dərinin göyərməsinin olması qan dövranının pozulmasına işarədir: "Yəni, ürək hər hansı bir səbəbdən ümumi qan dövranını təmin edə bilmir. Bu halda kardioloji müayinə mütləqdir".

Kardioloq qeyd edir ki, bəzi valideynlər uşaqların böyüdükcə ürək döyüntüsünün azalmasından narahatlıq keçirirlər: "Halbuki, bu, normal haldır. Belə ki, uşaq doğularkən ürək döyüntüsü 130-150-dən başlayır. Tədricən uşaq böyüdükcə, yetkinlik yaşına çatdıqda bu göstərici 70-80-ə enir".

Saglamolun.Az




loading...

QARACİYƏRİN 3 SADİQ DOSTU. Bunlar hər gün masanızda olmalıdır!

HƏKİMLƏR

Şəhla İbrahimova

Şəhla İbrahimova

Oftalmologiya

Oftalmoloq - cərrah İş stajı - 10 il

Ətraflı...
Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...
Kəmalə Rəhimova

Kəmalə Rəhimova

Mammologiya

Mammoloq-onkoloq İş stajı - 10 il

Ətraflı...

 


Яндекс.Метрика