Damarlarımızı öldürən QİDAlar

Damarları qocalana qədər sağlam və elastik saxlamaq üçün qidalanmadan bəzi qida məhsullarını xaric etmək lazımdır.

Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, mütəxəssislər damarların sağlamlığına ən ciddi ziyan vuran məhsulların adlarını açıqlayıb.

1. Şəkər

Mütəxəssislərin fikrinə görə, şəkər damarların sağlamlığı üçün ən ziyanlı məhsuldur. Şəkər damarların daxili divarlarında xroniki iltihab yaradır ki, bu da aterosklerozun inkişafına səbəb olur. Ateroskleroz zamanı damarlarda xolesterin yığılır. Nəticədə damarlar daralır, onların divarları zəifləyir, partlamaya meyilli olurlar.  Damarın ürək və ya beyində partlaması infarkt və ya insulta səbəb olur. 

2. Spirtli içkilər

Bir çox insanlar fikirləşir ki, spirtli içkilər damarlar üçün faydalıdır və hətta onları “təmizləyir”. Lakin bu yanlış fikirdir. Müasir araşdırmalar göstərir ki, insan üçün spirtli içkinin nəinki “faydalı”, hətta ziyansız miqdarı yoxdur (!). Alkoqol orqanizmin bütün hüceyrələrinə güclü toksiki təsir edən zəhərdir. Alkoloq qaraciyər, beyin, ürək, böyrəklər, digər orqanların və həmçinin damarların hüceyrələrini dağıdaraq müxtəlif xəstəliklərin inkişafına təkan verir, orqanizmi zəiflədir və qocaldır.

3. Trans-yağlar

Bu maddələr marqarin, dükanlarda satılar hazır qidalar, şirniyyatlar, yarımfabrikatlar, fast-fud, qızardılmış yeməklərin tərkibində var. Trans-yağlar damarların sağlamlığına ciddi ziyan vurur, damarları zəiflədir, aterosklerozun inkişafını tezləşdirir.

4. Kolbasa, sosis, vetçina və s.

Emal olunmuş ət qanda xolesterinin səviyyəsini artırır. “Artıq” xolesterin damarlarda yığılaraq onları daraldır, zəif və kövrək edir.    

Saglamolun.Az




loading...

UŞAQLARDA ALLERGİYA

HƏKİMLƏR

Vüqar Rəsulov

Vüqar Rəsulov

Qastroenterologiya

Qastroenteroloq İş stajı – 18 il

Ətraflı...
Bəhruz Eyvazov

Bəhruz Eyvazov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 13 il

Ətraflı...
Samirə Məlikova

Samirə Məlikova

Pediatriya

Pediatr İş stajı – 17 il

Ətraflı...

 


Яндекс.Метрика