Загрузка...

Reflüks xəstəliyi xərçəngin riskini artırır

Reflüks mədədən qida borusuna ‪‎turş‬ tərkibli mədə möhtəviyyatının atılmasıdır.

Gün ərzində hər bir insanda orta hesabla 8-10 dəfə reflüks baş verə bilər. Bu normal sayılır.
Davamlı xarakter alan reflüks zamanı isə mədədə ifraz olununan turşu və pepsin fermenti  qida borusunun alt hissəsində selikli qişanı zədələyir və "peptik eroziyalar" əmələ gətirir. Bu isə artıq xəstəlik hesab olunur. Bu xəstəliyin adı "qastroezofageal reflüks" xəstəliyidir. Reflüksün qida borusunda yaratdığı vəziyyət isə “reflüks ezofagit “adlanır.

 


Xəstəliyin səbəbləri:
- qida borusunun mədəyə keçid yerində olan afinkterin çatmamazlığı (qapaq çatmamazlığı)
- diafraqmal yırtıq (mədə yırtığı)
- qarındaxili təzyiqin artması (xüsusən kök insanlarda)      
- bəzi qida faktorları (yağlı qidalar, qəhvə, şirniyyatlar, spirtli içkilər)
Xəstəliyin simptomları:
- döş sümüyü arxasında yanma, ağrı,
- ürəkbulanma,
- ağızda  acılıq,
- quru  öskürək,

- bəzən udma aktının pozulması kimi şikayətlərlə özünü büruzə verir.Xəstəliyin ağırlaşmaları
Reflüksü olan xəstələrin bir qismində "Barrett ezofagusu" deyilən ciddi hal yarana bilər. Bu zaman qida borusunda "İntestinal metaplaziya" prosesi baş verir. Yəni normal qida borusu epiteli ‪‎bağırsaq‬ epitelinə keçir. Belə xəstələrdə normal insanlara nisbətdə qida borusu xərçəngi əmələ gəlmə riski 30-40 dəfə yüksək olur. Belə xəstələr mütləq ‪‎kontrola‬ götürülməli, hər 6 aydan bir endoskopik müayinədən keçməli və daimi nəzarət altında qalmalıdır!

Tərlan Qasımov

Qastroenteroloq-İnvaziv Endoskopist

 

 

 

.


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Afət Çəndirli

Afət Çəndirli

Fizioterapevt

Fizioterapevt-Reabilitoloq İş stajı: 10 il

Ətraflı...
Tərlan Qasımov

Tərlan Qasımov

Qastroenterologiya

Qastroenteroloq-İnvaziv Endoskopist İş stajı -8 il

Ətraflı...
Əli Əlizadə

Əli Əlizadə

Osteopatiya

Osteopat, revmatoloq İş stajı - 26 il

Ətraflı...

SON YAZILAR

5 ən sadə pəhriz

22-07-2018 /166

Яндекс.Метрика