Əks-göstəriş sertifikatı almaq istəyənlər necə müraciət etməlidirlər?

Səhiyyə Nazirliyinin nümayəndələri əks-göstəriş sertifikatının verilməsi ilə bağlı vətəndaşları maraqlandıran sualları cavablandırıblar.

Vətəndaşları maraqlandıran, əsas suallardan biri də, əks-göstəriş sertfikatı almaq üçün necə müraciət etmələridir.

Trend-in məlumatına görə, 19 saylı Şəhər Poliklinikası baş həkimi Aytən Qurbanova bildirib ki, əks-göstəriş sertifikatı almaq istəyənlər xəstəlikləri barədə əsaslı sənədləri (həkim rəyi, aparılmış müayinələrin nəticələri) təqdim edirlər:

"Mütəxəssislər həmin göstəricilərə baxırlar, yoxlayırlar, sənədin əsaslığı yoxlanılır və qərar verirlər ki, əgər həmin şəxs xəstəliyin kəskin dövrünü yaşayırsa, onda xəstəlik tez-tez residivləşirsə (təkrarlanırsa) həmin xəstələr üçün peyvənd əks-göstərişdir. Bu halda, poliklinika daxili nəzarət komissiyasından həmin xəstələrin sənədləri Xüsusi Komissiyaya göndərilir".

Saglamolun.Az