Загрузка...

Qan qohumların nigahı

Qan qohumları arasında bağlanan nigah uşaqda anadangəlmə eybəcərlik və xəstəliklərin əmələ gəlməsi risklərini artıran əsas faktorlardan hesab olunur. Səbəblərini izah edək.

 

İnsan orqanizmi bütün hüceyrələrində 46 xromosom (23 cütlük) mövcüddur. Kişi və qadın cinsi hüceyrələrində isə 23 xromosom olur ki, onlar birləşəndə yeni orqanizmin gen toplusu əmələ gəlsin (23 xromosom atadan + 23 xromosom anadan = 46 xromosom).

Xromosomlar genlərdən ibarətdir və bu genlər hər bir insan orqanizminin bütün xüsusiyyətlərdən (saç, dəri və gözlərin rəngi, mübadilə proseslərin xüsusiyyətləri, irsi xəstəliklər və s.) məlumat daşıyırlar.

İnsan orqanizmində hər bir əlamət haqqında informasiyanı 2 gen-cütlük daşıyır. Əgər cütdəki genlərdən biri insanın hər hansı bir əlamətinin təhrif olunmuş, mutasiyalı, patoloji informasiyanı (açıq desək, xəstəliyi) daşıyırsa, digər gen isə sağlamdırsa, insan sağlam doğulur. Uşaq hər bir valideynlərin hər gen-cütlüyündən bir gen alır. Qan qohumlarında çoxsaylı ümumi genlərin olması ona gətirib çıxara bilər ki, bu nigahda doğulan uşaqlar öz valideynlərindən iki eyni təhrif olunmuş, patoloji informasiyanı daşıyan gen qəbul edə bilərlər. Nəticədə uşaq xəstə doğulur.

Qan qohumları olmayan insanların uşaqlarında, genotiplərində (gen toplusu) eyni mutasiyaya məruz qalmış genlərin “görüşməsi” ehtimalı çox azdır.


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#1 Elfana 19.12.2012 18:52
As salam aleykum. Mən bunu yazıram amma bu sayta qarşı hec bir narazılığım yoxdu.Men oxudum bu qohumluq əlaqələri haqqinda. amma razı deyiləm. çünki Qurani Kərimin 33.Əl -Əhzab surəsinin 50 ci ayəsində Allah Təala buyurur ki,
Bismilləhir -Rahmənir-Rahim . Ya Peygəmbər! Mehirlərini verdiyin zövcələrini (yoldasını),All ahın sənə bəxs etdiyi sahib oldugun cariyələri, əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, xalalarının qızlarını sənə halal etdik.Yəni Allah Təala Peygəmbərə kimi bildiribsə halal etdi, o da digər kişilərə halaldı yəni evlənə bilərlər. Əgər bu evlilikdən uşaq xəstə dogularsa 1400 il əvvəl Allah Təala bunu haram sayardı və mütləq insanlara bildirər. Adəm və Həvva onların 40 uşaqları olub hamisi əkiz olublar. Hər dəfə dogulanda oğlan qız olub.(dini qaynaqlardan düzgün məlumat yaziram.) Və sonra uşaqlar bir-birləri ilə evlənib beləliklə insanlıq yaranib.
4.Ən-Nisə surəsi 23 cü ayə. Bismilləhir-Rah mənir-Rahim Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayəsində olan ögey qızları, - yox əgər o qadınlarla yaxınlıq etməmisinizsə, onda bu oğey qizlarınızlaevl ənməniz sizə günah deyildir, öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq haram edildi. Olub keçənlər isə artıq keçmişdir. Həqiqətən, Allah Bagışlayandır, Rəhmlidir.

Mən bütün bunları yazıram ki, hamı bilsin ki, bizim Rəbbimizin bizə mələk vasitəsi ilə Peygəmbərimizə (S.A.S) çatdırdıgı kitabında kimlər bizə haramdi, kimlər halal bilsinlər. Əgər varsa demeli bu Yaradanimizin qanunudu.belədə olmalıdır. biz cox acizik.
Həkimlərə heç bir mənfi hissim yoxdu. hörmətim var. nabarot İslamda saglamlıq cox önəmlidir. Allah bu dünyanı yaradıb və bu dünyaya uygunda dərmanlar yaradıb biz ancaq onlarla müalicə alsaq sagala bilərik. və təbi ki, 1 ci Allaha yönəlib sonrada həkimdən dərdimizə carə axtarmalıyıq.
Allah hamının köməyində olsun.
#2 UmmuIbrahim 23.03.2014 10:34
Salam aleykum. Mawallah Elfane xanim cox gozel bir wekilde aydin yazib. Alah razi olsun. Bizim qohumlardan da xalaoglu xalaqizi evlenibler. Amma uwaglari saglam dogulub. Her wey Allahin elindedir. Ne hekimler, ne de alimler her weyin deqiqini hec vaxt bile bilmezler.
#3 osman və ömərin anası 17.06.2014 19:04
mənim anamla atam dayı oğlu bibi qızıdılar mən də,qardaşımda tam sağlamığ..mən özümdə anamın dayısı nəvəsinə ərə getmişəm yoldaşıma iki tərəfli qohumuq
#4 kürsüm əliyeva 03.01.2015 15:03
Salam mən tibb elminə qarşı deyiləm amma hər şeyin Allahın əlində olduğuna inanıram.Mənim bir qardaşım bibim qızına evlənib.Şükür Allaha 2 uşaqlarının hər ikisi sa
ğlamdır.Digər qardaşım yad qızına evləınib.Onları n da 2 uşaöı var.Birinin dilçəyi bitiçik doğulduğu üşün danışa bilmirdi 6 yaçında əməliyyat olundu.İkincisi nin "sudrğa"sı var ,həm də əqli geriliyi.Şükür Allahın məsləhətinə.

.

HƏKİMLƏR

Emin Yaqubov

Emin Yaqubov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 12 il

Ətraflı...
Naibə Həsənova

Naibə Həsənova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 13 il

Ətraflı...
Zülfiyyə Bağırova

Zülfiyyə Bağırova

Kosmetoloq

Kosmetoloq İş stajı - 4 il

Ətraflı...

SON YAZILAR

5 ən sadə pəhriz

22-07-2018 /67

Яндекс.Метрика