Corabda yatmağın BİLMƏDİYİNİZ FAYDALARI

Normal yuxu insan sağlamlığı üçün olduqca önəmlidir. Yuxu zaman orqanizm bərpa olunur, immun sistemi güclənir.

Araşdırmalar göstərir ki, yuxunun az olması ürək-damar sistemi xəstəliklərinin, maddələr mübadiləsi və sinir sisteminin fəaliyyətində pozulmaların, hətta xərçəngin riskini artırır.

Mütəxəssislər yuxuya tez getmək və yuxunun keyfiyyətini artırmaq üçün corabda yatmağı tövsiyə edirlər.

Saglamolun.az bildirir ki, xarici KİV-lərin məlumatına görə, İsveçrədə aparılmış bir araşdırma zamanı iştirakçıları 2 qrupa bölüblər. Bir qrupa corabda, digər qrupa corabsız yatmağı tapşırıblar. Bir müddətdən sonra corabda yatan iştirakçılar etiraf ediblər ki, daha tez yuxuya gedir, gecə daha az oyanır, səhər özlərini daha gümrah hiss edirlər.

Mütəxəssislərin fikrinə görə, bunun səbəbi damarların genişlənməsi və bədənin termorequlyasiyasının (istilik mübadiləsi) tənzimlənməsidir.

Mütəxəssislər yatmazdan əvvəl təmiz, rezini sıx olmayan (ayaqları sıxmasın deyə) pambıq corab geyinməyi tövsiyə edirlər.

Maraqlıdır ki, Çində aparılmış digər araşdırma göstərib ki, corabda yatan ailə cütlükləri sonsuzluq problemi ilə daha az üzləşir.

Saglamolun.Az



loading...

.