Bədənin möhkəmləndirilməsi və təmizliyi üçün çimizdirmə çox vacibdir. İlk dəfə uşağı göbək ciyəsi düşən gün çimizdirirlər.
Əsasən isti hava şəraitində uşağı hər gün çimizdirmək lazımdır. Bu zaman o daha rahat olar və sakit yatar.
Uşaqlar üçün nəzərdə tutulmuş maye sabunlardan və ya gellərdən həftədə iki dəfə istifadə etmək kifayətdir. Uşağın başını xüsusi uşaq şampunu ilə həftədə 1-2 dəfə yumaq olar.
Uşağı axşam yeməyi və gecə yuxusundan qabaq çimizdirmək məsləhətdir. Çimizdirmək üçün plastmas və ya şirəli vannalardan istifadə edin. 2-3 ayına qədər uşaqlar üçün suyu qaynadıb 36-370C - yə qədər soyudurlar. Çimmə otağının hava temperaturu 250C - dən aşağı olmamalıdır. Suyun temperaturunu ölçmək üçün xüsusi termometrlərdən istifadə edirlər. Çimizdirmə müddəti 5-7 dəqiqədir. Çimmə qurtarandan sonra uşağı sudan çıxarıb uzərinə ilıq su töküb təmiz əsgiyə bürüyürlər.
Saglamolun.Az