Müğənni Tahir Nəbiyev dünyasını dəyişib.
Bu barədə onun tanışları "Facebook"da məlumat yayıblar.
Bildirilib ki, o, bir neçə saat öncə COVID-19-dan vəfat edib.
Qeyd edilir ki, müğənnidə bir neçə gün əvvəl koronavirus aşkarlanmışdı. Akademik Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasında müalicə alırdı.
Qeyd edək ki, T.Nəbiyev gənc xanəndə Kamilə Nəbiyevanın atasıdır. Onun özü də İsmayıllı rayonunda müğənniliklə məşğul idi./Publika.az
Saglamolun.Az