Загрузка...

Dəfnə yarpağının nadir müalicəvi xüsusiyyətləri

Dəfnə yarpağı adətən ədviyyat kimi istifadə olunur - isti və soyuq yeməklərə, turşulara əlavə olunur.

Lakin bir çox insanlar bilmir ki, dəfnə yarpağı nadir müalicəvi xüsusiyyətlərinə malikdir.

Dəfnə yarpaqların kimyəvi tərkibi çox zəngindir - burada efir yağları, vitaminlər (B qrupu, A, C, PP), mikro- və makroelementlər (sink, kalium, dəmir, selen, fosfor və s.) var.

Dəfnə orqanizmə antiseptik, iltihabəleyhinə, göbələkəleyhinə, sidik və tərqovucu təsir edir, şəkərin səviyyəsini və arterial təzyiqi aşağı salır, həzm prosesləri yaxşılaşdırır.

Dəfnə yarpaqları orqanizmi artıq duzlardan təmizləyir. Bunun üçün dəmləmə istifadə olunur. Təxminən 20 dənə quru yarpağın üzərinə 2 stəkan qaynar su əlavə olunur (termosda dəmləmək daha yaxşıdır). Dəmləmə gün ərzində kiçik qurtumlarla içilir. Müalicə müddəti - 3 gün. 1 həftədən sonra müalicə kursu təkrar olunur.

Stomatit və digər ağız boşluğu iltihabları zamanı dəfnə yarpağı çox yaxşı kömək edir. Bunun üçün gün ərzində bir neçə dəfə dəfnə yarpağı sadəcə çeynəmək lazımdır. Daha sonra 1 saat ərzində heç nə yemək və içmək olmaz.

Ayaqlarınız həddən artıq tərləyirsə, dəfnə yarpaqları ilə olan ayaq vannaları edin. Bunun üçün 20 dəfnə yarpağı 1 stəkan qaynar suda dəmlənilir və vannaya əlavə olunur.

Şəkərli diabet zamanı dəfnə yarpaqları dəmləməsi qanda şəkərin səviyyəsini aşağı salır.

İltihabəleyhinə təsirinə malik olan dəfnə soyuqdəymə xəstəlikləri zamanı da dəmləmə şəklində istifadə oluna bilər. Bundan əlavə ailənin digər üzvlərini infeksiyadan qorumaq üçün aromatik dəfnə yağı aromalampaya damızdırın və ya dəfnə yarpaqları dəmləyib otaqlara buxar verin. Bu buxar havada olan mikrobları öldürür.

Fitonsidlər və sinklə zəngin olan dəfnə yarpaqları immunitetə möhkəmləndirici təsir edir.

Dəfnə yarpaqları ilə olan inhalyasiyalar haymorit zamanı uğurla istifadə olunur. Bunun üçün dəfnə yarpaqları dəmlənilir (10 quru yarpaq + 1 stəkan qaynar su), enli qaba tökülür və xəstə bu qabın üzərində nəfəs alır. Prosedura bir neçə dəfə təkrar olunmalıdır.

Dəfnə yarpağı dəmləməsi ishal zamanı uğurla istifadə oluna bilər.

Dəfnə insanın sinir sisteminə çox müsbət təsir edir. Dəfnə ilə olan vannalar sakitləşdirir, yuxusuzluqla mübarizədə kömək edir.

Dəfnə yarpaqları kosmetik məqsədi ilə də istifadə oluna bilər. Belə ki, iltihablaşmış,  üzərində civzələr və qara nöqtələr olan dərini təmizləmək üçün belə vasitə düzəltmək  olar: 10 dənə xırdalanmış quru dəfnə yarpağı götürülür, üzərinə 1 stəkan araq əlavə olunur və 1 gün saxlanılır. Daha sonra bu vasitə süzülür və dərinin iltihablaşmış sahələrinə çəkilir.


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#1 Tərlan Qasımov 19.02.2015 14:46
gozel meslehetlerdi
#2 Tərlan Qasımov 19.02.2015 14:47
Цитирую Tərlan Qasımov:
gozel meslehetlerdi

tesekkurler

Загрузка...

HƏKİMLƏR

Bəxtiyar Hüseynov

Bəxtiyar Hüseynov

Urologiya

Uroloq-androloq, cərrah Əmək stajı - 10 il

Ətraflı...
Zülfiyyə Bağırova

Zülfiyyə Bağırova

Kosmetoloq

Kosmetoloq İş stajı - 4 il

Ətraflı...
Leyla Məmmədli

Leyla Məmmədli

Ginekologiya

Mama-ginekoloq İş stajı - 11 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика