İki yaşına qədər uşaqlara telefon və monitor izlətmək çox təhlükəlidir

İki yaşına qədər uşaqlara telefon və monitor izlətmək olmaz.

Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.

O bildirib ki, bu proses uşaqlarda ağır xəstəliyə səbəb ola bilər: "Bəzən analar uşaqlarını xüsusən yemək yedizdirərkən telefon, planşet və monitor izlətdirirlər. Bunu etməsinlər. Bu proses sonra uşaqlarda autizm xəstəliyi əmələ gətirə bilər. Valideynlər bu hərəkətlərdən çəkinməlidirlər. 2 yaşına qədər uşaqlara monitor izlətmək təhlükəlidir".

Saglamolun.Az