İki doza vaksin vurduran şəxs koronavirusdan ölə bilərmi? - AÇIQLAMA

"Ötən illə itki sayını müqayisə etsək, bu il rəqəmlərin sayının az olmasının başında cəmiyyətin 25-30 faizinin peyvəndlənmiş olması dayanır. Peyvəndlənmiş və yoluxmuş insanların çox kiçik hissəsi reanimasiyaya düşür".

Bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov "Real TV"-yə açıqlamasında deyib.

O əlavə edib ki, rəqəmlərin artması ilə bağlı təhlükənin öhdəsindən gəlmək üçün peyvəndlənmə prosesi əsasdır.

Saglamolun.Az