Tanınmış kardioloqun UŞAQLAR ÜÇÜN vacib məsləhətləri

Yeni tədris ilinin başlanması ilə birlikdə həm şagirdlər, həm də valideynlər yepyeni bir dövrə başlayır.

Bu dövrdə sağlam qidalanma çantasının asan şəkildə hazırlanması ilə bağlı faydalı bilgilər ən çox anaların işinə yarayacaq.

Publika.Az xəbər verir ki, xüsusilə, məktəbə ilk dəfə gedən uşaqların valideynləri bu təcrübəyə malik olmadıqları üçün uşaqlarını məktəbə hazırlayarkən bu qayğını yaşaya bilər.

Burada əsas məsələ çantaya uşağın sevdiyi və zövqünə uyğun yeməklərin qoyulması olmalıdır. Bəslənmə çantasına hər gün ehtiyac olduğu üçün asan şəkildə hazırlanması da başlıca şərt olmalıdır. Uşaqların çantasına qoyulan yeməklərin sağlam olması ona görə vacibdir ki, gələcəkdə qeyri-sağlam bəslənmə vərdişləri olmasın.

Türkiyənin məşhur Daxili xəstəliklər və kardiologiya mütəxəssisi, professor Canan Karatay sağlam həyat tərzi və qidalanma ilə uşaqların xoşbəxt ola biləcəyini deyir. Uşaqların bəslənməsində Yaponiyadakı çox önəmli bir tətbiqdən bəhs edən professor bildirir ki, onların məktəbdə yemək istədikləri şeyləri evdə özlərinin hazırlaması, çirkli qablarını belə özlərinin yuması həm də onların tərbiyə edilməsində, sağlam həyata atılmasında effektivdir: "Yaponiyada iki öyün yemək yeyirlər. Axşam isə süfrədə mütləq dəniz məhsulu olur. Bol protein və bol yağ o gözəl uşaqların bədəninə girməlidir. Bizim ən faydalı məhsulumuz yumurtadır. Kənd yumurtasını uşaqlarımız mütləq yeməlidir. Yaponiyada 7 yaşından sonra hər uşaq mütləq iki yumurta yeməlidir. Ona görə də bu gün super-zəkalı uşaqlar Yaponiyadan çıxır".

Hər uşağın oqranizminə lazım olan enerji, yağ, mineral, vitamin və protein səviyyələrini diqqətdə saxlayaraq hazırlanmış bəslənmə çantasının bəlli formaları və qaydaları olmalıdır.

Uşağın çantasına nə qoyulmalıdır?

1. Çərəzlər

Ən çox diqqət edilməsi lazım olan məsələ çərəzlərdir. Çərəzlərin sağlam seçilməsi və əyləncədən daha çox fayda verməsi lazımdır. Çərəzlər çantanın ən əhəmiyyətli ünsürü olmalıdır. Uşağınız bütün gününü məktəbdə və ya kursda keçirirsə, buna xüsusi diqqət etməlisiniz.

2. Süd məhsulları

İnkişaf çağında olan uşaqların sağlam qidalanması, sümüklərinin bərkiməsi üçün kalsiumla zəngin süd məhsullarını qoymağı unutmayın.

3. Meyvəli süd və qatıq

Sağlam olması baxımından qatıq və pendirə üstünlük verin. Əgər övladınız qatıq sevmirsə, onu daha sevimli və əyləncəli formaya gətirmək üçün içinə meyvə əlavə edin.

4. Hazır su yerinə

Hazır alınmış meyvə şirələrinin içində qatqı maddələri və şəkərin miqdarı çox olur. Buna görə də meyvə sularını evdə hazırlamağa xüsusi zaman ayırın.

Uşaqların ara öyünlərdə biskvit, meyvə, çərəz, badam kimi qidalar yeməsi tövsiyə olunur.

Səhər yeməyində üstünlük verə biləcəyiniz qidalar:

- Ağ pendir: çürüyü yaradan bakteriyalara qarşı mübarizə aparır.

- Kök: Sərt forması ilə dişlərin mexaniki təmizlənməsinə kömək edir.

- Yumurta: ağındakı protein və sarısındakı kalsium, D vitamini ilə sümüklərin daha möhkəm olmasını təmin edir.

- Brokkoli: dişlərə yapışmayan bu faydalı bitki mineral və vitamin baxımından zəngindir.

Saglamolun.Az




loading...

15-20 yaş daha cavan görünməyin YOLLARI

 


Яндекс.Метрика