İnanıram ki, yeriyəcəm - Afaq Bəşirqızı

“Hazırda səhhətim yaxşıdır. Müalicəm də davam edir".

Bu sözləri baku.ws-ə açıqlamasında Xalq artisti Afaq Bəşirqızı deyib. Aktrisa yeriyəcəyi günü səbirsizliklə gözlədiyini bildirib:

"Əvvəl yeni başlayanda xəstəxanaya gedib-gəlirdim. Amma daha sonra müalicəyə evdə davam etdim. İnanıram ki, yeriyəcəm. Beş ayı beş gün kimi gözləyirəm”.

Qeyd edək ki, Xalq artistinin dizlərində sümük yeyilməsi var. Bir müddət əvvəl o, dizindən əməliyyat olunub və aktrisaya kök-hüceyrə köçürülüb.

Saglamolun.Az