Açıq havada maskanın taxılması ləğv olunur, metro açılır... - Operativ Qərargah elan edib

Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilir.

Brifinqdə Azərbaycan Prezidentinin köməkçisi Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, 31 may tarixindən açıq havada maska taxmaq tələbi ləğv olunur, metronun fəaliyyəti bərpa edilir.

İyunun 10-dan isə ibadət yerləri (məscidlər və s.) və həmçinin iri ticarət mərkəzləri açılır. 

Həmçinin brifinqdə bildirilib ki, ölkədə COVİD pasportları tətbiq olunacaq.

Saglamolun.Az